Şirkət rəhbəri: “Azərbaycan İrandan koronavirus test sistemlərinin əldə edilməsində maraqlıdır”

Şirkət rəhbəri: “Azərbaycan İrandan koronavirus test sistemlərinin əldə edilməsində maraqlıdır”
31 May 2020 17:17


İran alimləri 55 dəqiqə ərzində insanlarda koronavirus infeksiyasının mövcudluğunu müəyyənləşdirə biləcək test dəsti hazırlayıblar.

IRNA xəbər verir ki, sistem İranın “Salamat-yar Beheşt Dayan” innovasiya şirkəti tərəfindən hazırlanıb.

Şirkətin direktoru Əmir Abbas Esmail-zadənin sözlərinə görə, hazırda Azərbaycan, Türkiyə, Rumıniya, İspaniya və Böyük Britaniya koronavirus diaqnozu üçün İran test dəstlərini əldə etməkdə maraqlıdır:

“Molekulyar dəst xəstədə koronavirusun ən qısa müddətdə aşkarlanmasına imkan verən xüsusi üsulla hazırlanıb”.

Onun sözlərinə görə, innovativ inkişaf təhlili sadələşdirilmiş şəraitdə aparmağa imkan verir və bunun üçün mürəkkəb avadanlıq tələb olunmur. Test sərbəst şəkildə burundan yaxma götürməklə tətbiq edilir.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.

23 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.