DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib
31 May 2020 09:30


Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün Azərbaycanda heç kəs əsassız yerə həbs olunmur:

“Qanun qarşısında hamı bərabərdir. Kimliyindən, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, hamı qanunlara əməl etməlidir. O ki qaldı vətəndaş Əmirov Ruslan Təhməz oğlunun inzibati qaydada həbs edilməsinə, burada heç bir saxta və ya siyasi motivdən söhbət gedə bilməz. Bu adam doğulduğu Masallı rayonunun Eminli kəndində daimi qeydiyyatdadır. Xüsusi karantin rejiminin tələblərinə görə rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakıya girişi məhdudlaşdırılıb. 

Ruslan Əmirov bunu bilə-bilə Masallıdan Bakıya gəlir. Lakin Bakı-Ələt-Astara yolunun 65-ci km-də quraşdırılmış polis postunda hamı kimi ondan da sənəd təqdim etmək tələb olunur. Qeydiyyatı Bakıya olmadığı üçün o, sənəd təqdim etməyib. Polislər xüsusi texniki vasitənin köməyi ilə onun qeydiyyatının Bakıya olmadığını müəyyən ediblər. Bundan sonra o, polisin qanuni tələbinə qəsdən və bilərəkdən tabe olmadığına görə saxlanılıb və məhkəmənin qərarı ilə 15 sutkalıq inzibati qaydada həbs olunub. Göründüyü kimi Ruslan Əmirovun inzibati qaydada həbsi tam qanunidir”.

Qeyd edək ki, mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.

17 Fev 2021
Kriminal

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü - FOTO

Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

8 Fev 2021
Kriminal

Peskov koronavirus barədə: “Dünya avqustda adi həyat tərzinə qayıda bilər”

“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.

25 Dek 2020
Kriminal

Evi tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı

Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. 

25 Avq 2020
Kriminal

Rusiyada qanunsuz ağac kəsən azərbaycanlılara hökm oxundu

Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhəri yaxınlığında qanunsuz ağac kəsən üç Azərbaycan vətəndaşına hökm oxunub.

28 May 2020
Kriminal

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.