Rusiyada bir gündə koronavirusa 8 952 yoluxma qeydə alındı

Rusiyada bir gündə koronavirusa 8 952 yoluxma qeydə alındı
30 May 2020 12:12

Rusiyada COVID-19-a yoluxanların sayı 396 575 nəfərə çatıb.

bu barədə ölkənin Koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son sutkada koronavirusa 8 950-dən çox yoluxma qeydə alınıb.

"Rusiyada son gün ərzində COVID-19 infeksiyasına təsdiq edilmiş yoluxma halları 8 952-dir və 83 regionda kliniki təzahürü olmadan 3 747 (41,9%) yoluxma aşkarlanıb", - xəbərdə deyilir.

Əlavə edilir ki, ölkənin 83 regionunda ümumilikdə 396 575 yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.