Təbii fəlakət Moskvada 70 illik rekordu təzələdi - VİDEO

Təbii fəlakət Moskvada 70 illik rekordu təzələdi - VİDEO
30 May 2020 12:03


Rusiyada ildırım çaxıb, güclü külək ağacları avtomobillərin, elektrik naqillərinin üstünə aşırıb, onlarla ev işıqsız qalıb. 

Moskva şəhəri bir anın içində sel sularına qərq olub, təbii fəlakətə qəfil yaxalanan sürücülər maşınlarını yolun ortasında qoymaq məcburiyyətində qalıblar. Bundan başqa, şəhərə dolu da düşüb.

“İnterfaks”ın məlumatına görə, hadisə nəticəsində zərər çəkən olmayıb.

Qeyd olunur ki, 24 saat ərzində Rusiya paytaxtına aylıq yağıntı normasının təxminən 120 faizi düşüb. Beləliklə, Moskvanın 70 illik yağıntı rekordu təzələnib.

Əlverişsiz hava şəraitinin səbəbi kimi Qara dənizdən gələn siklon göstərilir.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.