Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR
30 May 2020 11:37


Son 10 ildə dünyada penaltidən topu hədəfə ən dəqiq vura bilən 10 futbolçu müəyyənləşib.

realpress.az transfermarkt.ru saytının statistikasına əsasən xəbər verir ki, bu siyahıda lider Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun ulduzu Kriştianu Ronaldudur.

“Barselona”nın argentinalı üzvü Lionel Messi ikinci, “Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç üçüncüdür.

1. Kriştianu Ronaldu (Portuqaliya) – penaltidən 98 dəqiq, 17 qeyri-dəqiq zərbə.

2. Lionel Messi (Argentina) – penaltidən 74 dəqiq, 23 qeyri-dəqiq zərbə.

3. Zlatan İbrahimoviç (İsveç) – penaltidən 65 dəqiq, 10 qeyri-dəqiq zərbə.

4. Halk (Braziliya) – penaltidən 62 dəqiq, 14 qeyri-dəqiq zərbə.

5. Edinson Kavani (Uruqvay) – penaltidən 52 dəqiq, 13 qeyri-dəqiq zərbə.

6-7. Neymar (Braziliya) – penaltidən 47 dəqiq, 13 qeyri-dəqiq zərbə.

6-7. Robert Levandovski (Polşa) – penaltidən 47 dəqiq, 5 qeyri-dəqiq zərbə.

8-9. Eran Zahavi (İsrail) – penaltidən 46 dəqiq, 8 qeyri-dəqiq zərbə.

8-9. Eden Azar (Belçika) – penaltidən 46 dəqiq, 6 qeyri-dəqiq zərbə.

10. Marçin Robak (Polşa) – penaltidən 45 dəqiq, 4 qeyri-dəqiq zərbə.


Qeyd edək ki, Azərbaycanın futbol tarixində penaltini ən dəqiq yerinə yetirə bilən futbolçu İqor Ponomaryov olub. Hazırda “Sabah” klubunun Müşahidə Şurasının üzvlərindən olan İ.Ponomaryov SSRİ çempionatları tarixində 34 penaltidən 31-ni qola çevirib. Bunlardan 24-də ardıcıl şəkildə hədəfdən yayınmadığı üçün o, SSRİ-nin futbol tarixinə düşüb. 


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.