Koronavirusla bağlı ŞAD XƏBƏR: Virus artıq

Koronavirusla bağlı ŞAD XƏBƏR: Virus artıq
29 May 2020 10:30

koronavirusun hazırki durumunu dəyərləndirən Türkiyənin elmi komitəsinin üzvü Professor Dr. Tevfik Özlü sevindirici xəbər verib.

Tevfik Özlü bir televiziya kanalında Səhiyyə Naziri Fəxrəddin Qoca tərəfindən son açıqlanan yoluxanların sayı və 1 iyunda götürüləcək qadağaları dəyərləndirib.

Özlü yoluxma sayında olan azalmaya baxıldığı zaman hazırki koronavirusun yayılmağa başladığı ilk vaxtlardakı koronavirusdan daha az xəstələndirmək gücündə olduğunu deyib:

"Amma bu bizdə arxayınlığa səbəb olmamalıdır. Virusdan tam yaxa qurtarmaq üçün əlimizdən gələni etməliyik. Hazırki durum bizə bunu göstərir ki, virüs qalır. Heç bir yerə getməyib. Vəziyyət düzəlməyib, təhlükə sovuşmayıb. Virus məqam gözləyir. Bizi xəstələndirmək üçün, öldürmək üçün fürsət gözləyir. Yoxmuş kimi davrana bilmərik. "Təhlükə bitdi, hər şey normala döndü" deyə bilmərik. Əlbəttə sosial həyat yenidən başladı. Amma işimizə geri dönsək də virusa fürsət verməyəcək şəkildə, kontrollu bir şəkildə bunu etmək məcburiyyətindəyik. Xahiş edirəm, işimizin dalınca gedərkən virusun var olduğunu unutmayaq. Özümüzü qoruyaq, yenə tədbirimizi görək. Maska, sosial məsafə və gigiyena qaydalarına əməl edək. Mümkün olduğu qədər qapalı və insanların sıx olduğu yerlərdən uzaq duraq.

COVİD-19-un bəzi mutasiyalar keçirdiyi ilə bağlı araşdırmalar davam edir. Xəstəxanalardakı xəstə sayına baxdığımız zaman sayının azaldığını, xəstələrin artıq çox yüngül simptomlarla bizə müraciət etdiklərini deyə bilərəm. Bütün bunlar virusun xəstəlik törətmə potensiyalının azaldığını düşünməyimizə səbəb olur. Koronavirus hazırda bir mutasiyada ola bilər. Artıq bu virus ilk gündəki virusla müqayisədə daha az yoluxdurma gücünə malikdir. Amma buna baxmayaraq heç kim səhlənkarlıq etməməlidir, özünü qorumalıdır".

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.