20 min avroluq turnirə azərbaycanlı və gürcü şərikli liderlik edir

20 min avroluq turnirə azərbaycanlı və gürcü şərikli liderlik edir
27 May 2020 15:42


28 May - Azərbaycanın Respublika Günü, 26 may Gürcüstanın Müstəqillik Gününə həsr edilən şahmat üzrə internet üzərindən “İpək Yolu Kuboku” turnirinə start verilib.​

realpress.az xəbər verir ki, ilk yarış günündə yeddi tur oynanılıb.

Koronavirus pandemiyası günlərində internet üzərində təşkil olunan yarış bir sıra gözlənilməz nəticələrlə yadda qalıb. Favoritlər liderlik uğrunda yarışda çətin anlar yaşayıblar. Gənc şahmatçılar isə iddialılara layiqli müqavimətlə diqqəti cəlb edib.

Yeddi turdan sonra iki şahmatçı hamıdan çox – 5,5 xal toplayıb. Azərbaycan şahmatçısı Nicat Abasov 54 şahmatçının yarışdığı turnirdə birinci pilləyə yüksəlib. Onunla eyni xala malik gürcü Bahadur Cobava ikinci sıradadır. Hərəyə 5 xal toplayan Qədir Hüseynovla (Azərbaycan) Levan Pantsulaya (Gürcüstan) müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşdürür. Liderləri ən yaxın izləyicilərdən 0,5 xal ayırır. Səkkiz şahmatçı 5, ​yeddi şahmatçı isə 4.5 xal topladığından “İpək Yolu Kuboku”nda əsas mübarizənin ikinci yarış günündə olacağı gözlənilir.

Yarışın reytinq favoriti Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov yeddi turdan 5 xal toplamaqla 9-cu pillədə qərarlaşıb. Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov da 5 xal toplamasına baxmayaraq, yeddi turun nəticələrinə görə 4-cü yeri tutub. Eyni xala malik Gürcüstan təmsilçisi İvan Çeparinov 7-ci sıradadır.

16 yaşlı iştirakçılar arasında yeddi turdan sonra ən yaxşı nəticə Xəzər Babazadə (5 xal, 10-cu yer) və Aydın Süleymanlıya (4.5 xal; 11-ci yer) aiddir. Qadınlar arasında ən yüksək nəticəni yeddi oyundan 4.5 xal toplayan Nana Dzagnidze əldə edib. Gürcüstan şahmatçısı 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq, hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Sabah keçiriləcək VIII-XV turlar saat 18:00-da start götürəcək.

Xatırladaq ki,​ Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF), eləcə də SOCAR-ın təşkilatçılığı ilə​ keçirilən​ “İpək Yolu Kuboku”nun​ təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovdur.

Yarış​ playchess.com​ virtual oyun platformasında keçiriləcək.​ Turnirin ümumi mükafat fondu 20 min avro təşkil edir.​ Yarışın qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.


19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.

18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.