Gürcüstanda böyük ticarət mərkəzləri və restoranlar fəaliyyətə başlayır

Gürcüstanda böyük ticarət mərkəzləri və restoranlar fəaliyyətə başlayır
27 May 2020 15:29


Gürcüstan hökuməti iyunun 1-dən etibarən böyük ticarət mərkəzlərini açmaq qərarına gəlib.

 bu barədə çərşənbə günü Gürcüstanın Baş naziri Giorgi Qaxaria koronavirus infeksiyası ilə mübarizə üzrə idarələrarası koordinasiya şurasının növbəti iclasında bildirib.

“Bazar ertəsi, 1 iyun tarixindən etibarən bütün mağazalar, o cümlədən böyük ticarət mərkəzləri, eləcə də bütün açıq və qapalı bazarlar, restoranlar fəaliyyətə başlayacaq”, - deyə o, qeyd edib.

Baş nazir əlavə edib ki, iyunun 8-dən etibarən Gürcüstanda Səhiyyə Nazirliyinin yoxlanışından keçən bütün restoranlar, hotellər, eləcə də şəhərlərarası nəqliyyat fəaliyyətə başlayacaq.

Onun sözlərinə görə, səlahiyyətlilər bu qərarı ölkədə koronavirusun yayılmasının nəzarət altına alınması ilə qəbul edib.

29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.