Emin Hacıyev: “Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir”

Emin Hacıyev: “Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir”
27 May 2020 12:12


“Pandemiyanın yaratdığı mürəkkəb şəraitə, iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan sosial əhəmiyyətli layihələri fasiləsiz olaraq davam etdirir. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri bir daha göstərdi ki, müəyyən olunmuş prioritetlər hətta fors-major şəraitdə də dəyişməz olaraq qalır”.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Emin Hacıyev deyib.

Deputat qeyd edib ki, sosial layihələrin heç bir halda təxirə salınmayacağı ilə bağlı dövlət başçısının müəyyən etdiyi prinsipial yanaşma Azərbaycan dövlətinin siyasətinin, bu fəaliyyətin mərkəzində vətəndaşın dayanmasının ifadəsidir:

"Azərbaycan Prezidentinin regionlara hər bir səfəri həmin bölgədə yeni inkişaf mərhələsini şərtləndirir. Qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatından və qeyri-neft sənayesindən çox asılıdır. Bu mənada regionların üzərinə böyük yük düşür. Bölgələrdə açılan müəssisələr, sahibkarların kənd təsərrüfatına marağını artıran stimullaşdırıcı addımlar ÜDM-də regionların payını artırır. Dövlət tərəfindən regionların inkişafı ilə bağlı həyata keçirilən ardıcıl siyasət bölgələrlə paytaxt arasındakı fərqi tamamilə aradan qaldırmaqdadır.

Son 17 il ərzində regionların inkişafı ilə bağlı uğurla həyata keçirilən üç dövlət proqramı nəticəsində bölgələrimizdə 3 500-dən çox məktəb, 700-dən artıq tibb ocağı tikilib, 16 min kilometr yerli və beynəlxalq əhəmiyyətli avtomobil yolu çəkilib.

30-dan çox elektrik stansiyası istifadəyə verilib və bütün elektrik təsərrüfatı yenidən qurulub. Ölkədə qazlaşdırma təxminən 100 faizə yaxındır. 50-ə yaxın Olimpiya İdman Mərkəzi, Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər istifadəyə verilib.

Bu, işlərin yalnız bir hissəsidir. Nəticədə, bölgələrin siması tamamilə dəyişib və olduqca mühüm prioritetin həllinə nail olunub. Birincisi, bölgələrdə iş yerləri artıb. İkincisi, kənd və şəhərlərimiz arasında fərq əsas etibarilə ortadan qalxıb”.

E.Hacıyev qeyd edib ki, ölkədə həyata keçirilən struktur-institusional və kadr islahatları, o cümlədən, biznes mühitinin liberallaşdırılması ilə bağlı atılan addımlar regionların inkişafına da ciddi təsir göstərir:

“Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Bu, aparılan islahatlara beynəlxalq təşkilatın münasibəti olmaqla yanaşı, xarici investorların diqqətinin ölkəmizə yönəldilməsi baxımından da əhəmiyyətlidir. Müstəqillik dövrü ərzində, 2015-ci ilədək Azərbaycana 206 milyard dollar həcmində investisiya qoyulub, 2019-cu ildə bu 270 milyon dollar həcminədək yüksəlib. 5 ilə 64 milyard manat sərmayə olduqca böyük rəqəmdir. Xarici sərmayə isə təbii ki, ölkəmizə valyuta axını ilə yanaşı, yeni infrastrukturun və texnologiyaların, Azərbaycanın prioritetləri sırasında olan 4-cü sənaye inqilabının innovasiyalarının ölkəmizə gətirilməsi deməkdir”.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.