Deputat: “Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı davam etdirilir”

Deputat: “Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı davam etdirilir”
27 May 2020 12:06


“Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı pandemiya dövründə də davam etdirilir”.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycanda insanların sosial problemlərinin həlli yalnız paytaxtla məhdudlaşmır, bu proses bütövlükdə ölkə ərazisini və ən əsası, əhalinin bütün kateqoriyalarını əhatə edir:

“Bu həftə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən mənzillərin istifadəyə verilməsi də bu siyasətin tərkib hissəsidir. Məlumdur ki, ötən il Şamaxıda baş verən təbii fəlakət zamanı xeyli sayda vətəndaşımızın mənzilinə zərər dəyib. Doğrudur, problemin kökündə vətəndaşların öz əmlaklarını vaxtında sığorta etdirməməsi dayanırdı. Belə olan halda dövlətin yardımla bağlı öhdəliyi yox idi. Bununla belə, dövlət bu çətin vəziyyətdə lazım olan bütün dəstəyi göstərib və İlham Əliyevin tapşırığına əsasən, evləri qəzalı vəziyyətə düşən vətəndaşlarımız üçün yeni mənzillər inşa edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və hər zaman öz vətəndaşının yanındadır”.

Deputat vurğulayıb ki, pandemiya bütün dövlətlər, o cümlədən Azərbaycanın da iqtisadiyyatına mənfi təsir edib:

“Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulmayan əlavə xərclər meydana çıxıb və insanların pandemiyadan minimum zərərlə çıxması istiqamətində preventiv addımlar atılıb. Bununla belə, dövlət başçımızın da hər zaman bəyan etdiyi kimi, bu mürəkkəb vəziyyətdə də heç bir sosial layihə təxirə salınmayıb. Elə Şamaxıda yeni mənzillərin, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və təmir olunun yeni körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bu layihələrin icrası böhranın miqyasını genişləndirən pandemiya dövründə ölkəmizdə sosial layihələrin davamlılığını göstərməklə yanaşı, eyni zamanda regionların sosial-iqtisadi inkişafına xidmət edir”.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.