Deputatdan Azərbaycanın idman siyasəti ilə bağlı maraqlı paylaşım - VİDEO

Deputatdan Azərbaycanın idman siyasəti ilə bağlı maraqlı paylaşım - VİDEO
26 May 2020 18:55


Deputat Ülvi Quliyev sosial media hesabında Azərbaycanın idman siyasətinə həsr olunmuş video paylaşıb.

Videoda deputatın dilindən Azərbaycandakı idman siyasətinin əsas üstünlüklərindən söz açılır, bu siyasətin əsasının dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlılığı vurğulanır:

“Gənclər siyasətimizin əsas istiqamətlərindən biri də idmanımızın inkişafıdır, gənclərimizin sağlam həyat tərzidir. İdman yeganə vasitədir ki, ölkəni, onun rəmzlərini bütün dünyada təmsil edir. Azərbaycan idman ölkəsidir. Bu istiqamətdə dünya miqyasında işlər görülür. Nəticə olaraq idman sürətlə inkişaf edir.

Son vaxtlar Azərbaycanın ev sahibliyi etdiyi dünya çempionatları, Avropa Oyunları, İslam Həmrəylik Oyunları ölkəmizin potensialını, bizim siyasətimizi, imkanlarımızı bütün dünyaya çatdırır. İdmançılar xalqlar və ölkələr arasında xoş münasibətlər yaradır.

Ölkə başçısının bu sahədə apardığı siyasət ölkəmizdə idmanın hərtərəfli inkişafına səbəb olub. İdmanın inkişafı ilə bağlı bütün məsələləri diqqətində saxlamağı, idmançılara qayğısı, onların problemləri ilə daima maraqlanması idmanın inkişafına yüksək töhfələr verib”.

Video Prezident İlham Əliyevin sözləri ilə başa çatır:

“İdman Azərbaycanda dövlət siyasətidir”.

19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.