Ülvi Quliyev: “Şamaxıdakı ziyarətgahların bərpası savab işdir”

Ülvi Quliyev: “Şamaxıdakı ziyarətgahların bərpası savab işdir”
26 May 2020 18:47


“Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərinə səfəri koronavirus pandemiyası dövründə də regionların sosial-iqtisadi inkişafının diqqət mərkəzində saxlanıldığının bariz nümunəsidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

O vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən bölgələrdəki problemlərin həllinə böyük önəm verir. Deputat xatırladıb ki, indiyə qədər regionların inkişafı üçün dörd dövlət proqramı imzalanıb, onlardan üçünün həyata keçirilməsi başa çatıb, dördüncü proqram isə icra olunmaqdadır:

“2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası davam edir. Bundan başqa, cənab Prezident bölgələrdəki problemlərin həlli, müasir infrastrukturun yaradılması, yolların tikintisi, əhalinin içməli su ilə təmin olunması, suvarma suyu probleminin aradan qaldırılması, məktəb, uşaq bağçası, xəstəxana binalarının, mədəniyyət evlərinin, olimpiya mərkəzlərinin tikintisi ilə bağlı yüzlərlə sərəncam və fərman imzalayıb. Bütün bunlar nəticəsində regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, regionların potensialı artıb, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb”.

Ü.Quliyev bildirib ki, Prezident regionlarla bağlı yalnız dövlət proqramları təsdiqləməklə, sərəncam və fərman imzalamaqla kifayətlənmir, tez-tez bölgələrə səfərlər edərək vəziyyətlə yerindəcə tanış olur, işlərin icrasına nəzarət edir, tapşırıq və tövsiyələrini verir: “Ən əsası isə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə bölgələrdə yaşayan insanlarla bir yerdədirlər, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayırlar. Dövlət başçısı və birinci xanımın regionlara səfərinin əsas məqsədlərindən biri də insanları dinləmək, rayonlarda yaşayan vətəndaşlarımızın üzləşdikləri problemləri onların öz dilindən eşitməkdir.

Prezident İlham Əliyev mayın 21-də Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən bildirdi ki, bölgələrdə gedən işlər daim nəzarətindədir.

Dövlət başçısı vurğuladı ki, çoxsaylı səfərləri, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görsün, tanış olsun və insanları narahat edən problemləri onlardan eşitsin. Prezident bu sözləri söyləyəndən dörd gün sonra Şamaxı şəhərinə səfər etdi. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikaya baxıblar, rayonun Meysəri kəndində körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər, yeni tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar. Bu səfər Prezident İlham Əliyevin hər bir sözünün, bəyanatının arxasında real işin dayandığını bir daha təsdiqləmiş oldu.

Dövlət başçısı bu səfərlərlə həm də dövlət məmurlarına daim xalqın içində olmaqla bağlı nümunə göstərir”.

Deputat hesab edir ki, səfər zamanı diqqəti cəlb edən əsas hadisələrdən biri də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olmaları və Pir Ömər Sultan ziyarətgahında olmalarıdır: “Bu onu göstərir ki, Azərbaycanda dini və milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına böyük önəm verilir. Tarixi şəxsiyyətlərin mənəvi irsi, tarixi abidələr, qədim məscidlər, ziyarətgahlar, maddi və qeyri-maddi sərvətlər tarixilik baxımından nə qədər böyük önəm daşıyırsa, onların qorunması, dağılanların bərpası, gələcək nəsillərə çatdırılması da bir o qədər vacib və savab işdir.

Son illərdə bu sahədə çox ciddi işlər görülüb. Xüsusən də, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr uğurla icra olunub. Bu işlərin nəticəsində dağılmaq təhlükəsi ilə üzləşən məscidlər, türbələr, ziyarətgahlar bərpa olunub, itmək üzrə olan maddi və mənəvi irs yenidən xalqa qaytarılıb. Bilirsiniz ki, ziyarətgahlar böyük din xadimlərinin, şeyxlərin, haqq-ədalətə qulluq edən, ömürlərinin sonuna qədər dini dəyərlər əsasında yaşayan mömin insanlarının adları ilə bağlıdır. İndi onların qəbirlərinin bərpası, adlarına bağlı olan yerlərin abadlaşdırılması, yenidən ziyarətə açılması həm də həmin din xadimlərinin, şeyxlərin, möminlərin ruhlarını şad edir”.

18 Apr 2024
Siyasət

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.

18 Apr 2024
Siyasət

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq - FOTO

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.