Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər”lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb

Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər”lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb
26 May 2020 18:46


Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev “GUAM məkanında uzun sürən münaqişələr və beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün onların nəticələri” mövzusunda müzakirələr çərçivəsində BTM-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən keçirilmiş qondarma “seçkilər”dən və bu qanunsuz fəaliyyətin beynəlxalq birlik tərəfindən kəskin pislənməsindən danışılır.

Müraciətdə deyilir ki, Ermənistan martın 31-də və aprelin 14-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz “seçkilər” keçirib.

Qondarma “seçkilər” tamamilə qeyri-legitimdir, çünki Azərbaycan ərazilərinin davam etməkdə olan hərbi işğalının və burada aparılmış etnik təmizləmənin nəticələrindən irəli gəlir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin aşkar şəkildə pozulması deməkdir.

Beynəlxalq birlik bir daha böyük səs çoxluğu ilə təsdiq edib ki, onun bu saxta “seçkilər”in nəticələrinin qəbuledilməzliyi, onların həqiqiliyinin kollektiv şəkildə rədd edilməsi və tanınmaması və deməli, heç bir təsir gücünün olmaması ilə bağlı mövqeyi ardıcıl və prinsipialdır.

Y.Əliyev qeyd edib ki, bununla əlaqədar, onun 2020-ci il 15 aprel tarixli (A / 74/805-S / 2020/301) məktubuna əlavə kimi beynəlxalq birliyin qeyri-legitim “seçkilər”lə bağlı mövqeyinin şərh olunduğu sənədin yenilənmiş versiyası qoşulub.

Məktubun sonunda deyilir: “Bu məktubun və ona qoşmanın - Təhlükəsizlik Şurası gündəliyinin və sənədinin 32, 37, 68, 70, 75 və 83-cü bəndləri üzrə Baş Assambleya sənədinin yayılmasına görə Sizə minnətdar olardım”.

Sonra Beynəlxalq və regional təşkilatların, o cümlədən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Avropa Şurasının, Avropa Parlamentinin, NATO-nun Qoşulmama Hərəkatının, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın, ATƏT-in Minsk qrupunun, ATƏT-in Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, habelə bir çox ölkələrin, o cümlədən, Avstraliya, Bosniya və Herseqovina, Kanada, Çin, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, İran, İtaliya, Yaponiya, Latviya, Montereqro, Moldova, Norveç, Pakistan, Polşa, Rumıniya, Səufiyyə Ərəbistanı, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya və Birləşmiş Ştatların qondarma “seçkilər”in keçirilməsini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazisində qondarma qurumun və oyuncaq rejimin tanınmaması faktını təsdiq edən bəyanatlarının siyahısı BMT-nin Baş katibinə təqdim edilib.

25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.