Deputat yeni icra başçısını təriflədi: “İngiliscə heç Malta dialektində də danışa bilmir”

Deputat yeni icra başçısını təriflədi: “İngiliscə heç Malta dialektində də danışa bilmir”
26 May 2020 12:58


Milli Məclisin deputatı Aydın Mirzəzadə Ağstafaya yeni icra başçısı təyin olunan Seymur Orucovun sosial şəbəkələrdə yayılan ingilis dilindəki çıxışına münasibət bildirib.

realpress.az-ın xəbərinə görə, A.Mirzəzadə qeyd edib ki, son günlərdə Prezidentin vəzifələrə təyin etdiyi şəxslərə verdiyi tapşırıqlar cəmiyyət tərəfindən müsbət qarşılanır.

Deputatın fikrincə, təyin edilənlər işlədikləri sahədə özünü müsbət tərəfdən tanıdan şəxslərdir və yüksək etimada layiq görülüblər.

Bununla belə, millət vəkili hesab edir ki, bəzi insanlar bu təyinatlara birbaşa qarşı çıxmasalar da, qüsur axtarmağa cəhd edirlər.

“Son təyin edilənlərdən ən çox hücuma məruz qalan YAP Gənclər Birliyinin sədri Seymur Orucovdur. Ayrı-ayrı bucaqlardan onun haqqında “kompromat” yaymağa, işə başlamamış ictimai fikirdə onun haqqında neqativ fikir yaratmağa çalışırlar.

Ən son “şedevr kompromat” isə onun ingilis dilində çıxışı olan videonun yayılması və xarici dili yaxşı bilməməsinin vurğulanmasıdır”, - deyə A.Mirzəzadə əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Seymur Orucov ingilicə nəinki Harvard Universiteti səviyyəsində, heç Malta dialektində də danışa bilmir.

“Ancaq bir məqam var ki, Seymur Ağstafaya ingiliscə danışmağa yox, göndərildiyi rayonda ölkə rəhbərinin nümayəndəsi vəzifəsini yerinə yetirməyə yollanıb. Ona ingilis dilində düzgün tələffüzə görə deyil, rayonun sosial-iqtisadi inkişafını təmin etməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, sahibkarlığa dəstəyinə görə qiymət veriləcək.

O, yeni nəsil idarəçiliyin yaradılmasında nümunə olmalıdır, - deyən A.Mirzəzadə əlavə edib ki, S.Orucov qarayaxmalara əhəmiyyət vermədən, sadəcə olaraq, işləyir, Prezidentin etimadını doğrultmağa, Ağstafada yeni mühit yaratmaq üçün çalışır. - İnanırıq ki, bu onda alınacaq. İngilis dilini yaxşı bilməsə də”.

Xatırladaq ki, S.Orucovun ingilis dilində çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub, bir çoxları onu qınayıb.

Sosial şəbəkə istifadəçiləri 2019-cu il sentyabrın 7-də keçirilən İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasına aid görüntülərdə gənc başçının sözləri düzgün tələffüz etmədiyini düşünür.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.