Deputatları gərgin ay gözləyir – Tətilə gec yollanacaqlar

Deputatları gərgin ay gözləyir – Tətilə gec yollanacaqlar
25 May 2020 12:03


Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçiriləcək.

realpress.az-ın məlumatına görə, bununla parlamentin yaz sessiyası bitsə də, deputatlar tətilə çıxa bilməyəcəklər.

Çünki Milli Məclisin növbədənkənar sessiyalarının keçirilməsi gözlənilir.

İlkin məlumatlara görə, ilk növbədənkənar iclas iyunun 5-də keçiriləcək. Parlamentin növbədənkənar iclaslara getməsinin bir neçə səbəbi var.

Birincisi, bir çox qəbulu vacib olan qanun layihələri var ki, parlament onların oxunuşunu yaz sessiyasında tamamlaya bilmədi.

Məsələn, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi hələ birinci oxunuşdan keçib, mayın 31-də isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

İkincisi, “2019-cu ilin dövlət büdcəsinin icrası barədə hesabat və 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi hələ Milli Məclisdə müzakirəyə çıxarılmayıb.

Sənədlərin iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilməsi gözlənilir. Bundan sonra isə qanun layihəsinin müzakirəsi plenar iclasa tövsiyə olunacaq.

Üçüncüsü, 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması barədə sənəd hələ parlamentə daxil olmayıb. Qeyd edək ki, bu ilin martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə baxmaq zərurətindən danışmışdı.

Dördüncüsü, bunlarla paralel olaraq, parlamentə bir neçə yeni qanun layihəsi daxil olub ki, onlar da növbədənkənar iclaslarda təqdim ediləcək. Məsələn, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik, Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər bu qəbildəndir.

Həmin sənədlər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu kimitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirə olunacaq, daha sonra növbədənkənar iclasa tövsiyə ediləcək.

Qeyd edək ki, sessiya bitəndən sonra deputatlar tətilə yollanacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, sentyabrın 30-da parlamentin payız sessiyasının ilk plenar iclası keçirilir. Payız sessiyası dekabrın 30-dək davam edir.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.