Ukraynada karantin rejimi yumşaldılır

Ukraynada karantin rejimi yumşaldılır
23 May 2020 10:39

Ukraynada koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin rejimi yumşaldılır. Mayın 22-dən etibarən bəzi məhdudlaşdırıcı tədbirlər yumşaldılaraq, karantinə uyğunlaşma modeli tətbiq olunub.

 Ukraynanın Baş naziri Denis Şmıqal facebook səhifəsində hökumətin ümummilli məhdudlaşdırıcı qaydaları yumşaltdığını, lakin bununla yanaşı, həmin qaydaların yalnız epidemioloji vəziyyət baxımından bəzi regionlarda qüvvədə qalacağını bildirib.

Mayın 22-dən etibarən Ukraynada tamaşaçısız, 50 nəfərdən çox iştirakçının olmaması şərti ilə idman oyunlarının, dini tədbirlərin keçirilməsinə, avtonəqliyyat vasitələri ilə müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına, mehmanxanaların fəaliyyətinə, mayın 25-dən isə metropolitenin və uşaq bağçalarının işinə icazə verilir.

Həmçinin qeyd etmək lazımdır ki, iyunun 1-dən ölkədə vilayətlərarası daşımalara, iyunun 10-dan isə regionlarda karantin rejiminin yumşaldılması ilə əlaqədar binalarda yerləşən restoranların tam fəaliyyət göstərməsinə, mədəniyyət müəssisələrinin, mehmanxana və hostellərin işinə icazə verilir. İyun ayının 15-dən etibarən aviadaşımaların bərpası planlaşdırılır.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə 20 min 148 nəfər COVID-19-a yoluxub. Onlardan 6 min 585 nəfəri sağalıb, 588 nəfər isə həyatını itirib.


29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.