Bakıda böyük cinayətkar klanın keçmiş üzvü məhkəmə zalından azadlığa buraxıldı – TƏFƏRRÜAT

Bakıda böyük cinayətkar klanın keçmiş üzvü məhkəmə zalından azadlığa buraxıldı – TƏFƏRRÜAT
22 May 2020 17:41


Bakıda cinayətkar klanın keçmiş üzvü Balaqardaş Dadaşov məhkəmə zalından azadlığa buraxılıb.

Bu barədə realpress.az-a Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Mayın 22-də məhkəmə 1969-cu il təvəllüdlü Akif Rüstəmovun cəza müddətinin başa çatması ilə əlaqədar onun sərbəst buraxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Ə.Rüstəmov mütəşəkkil cinayətkar dəstənin üzvü olub.

O, 20 il əvvəl iş adamlarını qaçırmaqla bağlı beynəlxalq axtarışa verilib və 2018-ci ilin 7 fevralında Moskvada tutulub.

Bütün bu müddət ərzində həmin şəxs fərqli ad altında gizlənib. A.Rüstəmov başqasının pasportundan istifadə edərək Rusiya vətəndaşlığını alıb. Moskvada Miçurin prospektində təhlükəli cinayətkarın tutulması üçün əməliyyat SOBR (Xüsusi Çevik Reaksiya Bölməsi) döyüşçüləri tərəfindən aparılıb.

Ə.Rüstəmovun kirayə götürdüyü mənzildə axtarış zamanı “İL-70” tapançaları, 9 çaplı 23 ədəd patron və Qazaxıstan vətəndaşının adına olan saxta pasport aşkar edilərək götürülüb.

O, qanunsuz silah alverində və saxta pasportdan istifadə etməkdə ittiham olunub. Sonra A.Rüstəmov Azərbaycana ekstradisiya edilib.

A.Rüstəmov 22 fevral 1995-ci ildə Bakıda IMPROTEX şirkətinin vitse-prezidenti Matfey Rafailoviç Elizarovun qaçırılmasında iştirak edib.

Quldurlar M.Elizarovu Mərdəkan qəsəbəsindəki bağına aparıb və girovun sərbəst buraxılması üçün yarım milyon dollar tələb ediblər. Ancaq cəmi 150 min dollar əldə edə biliblər. M.Elizarov sərbəst buraxılıb.

A.Rüstəmovun üzvü olduğu dəstəyə Lotu Tahir və Tahir Bülbülinski kimi tanınan, 1969-cu il təvəllüdlü qanuni oğru Tahir İbrahimov rəhbərlik edib. Bu barədə realpress.az-a qaçırma hadisəsini araşdıran Suraxanı rayonunun keçmiş polis əməkdaşı məlumat verib.

A.Rüstəmovun bu məsələdə tərəfdaşları Yusif Əliyev (Yuska Bakinski) və Əli ləqəbli, 1963-cü il təvəllüdlü kriminal avtoritet Ələddin Məmmədov olub. Sonuncu Rusiyada olmasını azərbaycanlı oliqarxlardan birinin köməyi ilə qanuniləşdirib. Rusiya hüquq-mühafizə orqanları Moskvada bizneslə məşğul olan A.Məmmədova (nəqliyyat vasitələrinin təmiri üzrə “Star” MMC-yə sahibdir) qarşı təqibləri dayandırıb.

A.Rüstəmov və Ə.Məmmədov Bülbülinskinin dəstəsi ilə birlikdə 1951-ci il təvəllüdlü Nardaran sakini, “Malış” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovun cinayətkar klanına üzv olublar.

Klanın 40 üzvü olub. İndi B.Dadaşov İranda gizlənir. O, təxminən 12 adam oğurlayıb. Cinayətkar “karyera”sına 1981-ci ildə törədilmiş qətlə görə cəzasını çəkdiyi Arxangelsk həbsxanasında başlayıb.

Burada o, Rusiya mafiyasının məşhur nümayəndəsi – “qanuni oğru” Yaponçiklə dostlaşıb. Yeri gəlmişkən, Bülbülinski B.Dadaşovun ən yaxın əlaltılarından biri olub.

A.Rüstəmovun dəstəsi 1995-ci ilin mayında Bakıdakı çay fabrikinin şərik sahibi Rafiq Rəsulovun qaçırılması hadisəsində də iştirak edib. Daha sonra onların iştirakı ilə neft anbarının direktor müavini Mürvəttağı Bayramovun qaçırılması baş verib.

Həmçinin 1995-ci il yanvarın 30-da mütəşəkkil cinayətkar dəstə Suraxanı rayonundakı ət və ət məhsulları anbarının direktoru Müzəffərov Xanlar Məmmədqulu oğlunu oğurlayıb. X.Müzəffərov üç gün sonra pul verəcəyini vəd edərək sərbəst buraxılıb. Bu vasitə ilə quldurlar 20 min dollar və 70 min dollar dəyərində zinət əşyaları əldə ediblər. Bu qaçırılmadan sonra mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Dəstə lideri tutulub və 12 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ilin dekabrında Bülbülinski sərbəst buraxılıb.

Ramella İbrahimxəlilova

26 May 2020
Cəmiyyət

Bakı polisi koronavirusla mübarizənin ön cərgələrindədir - FOTO

Paytaxtda koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün qabaqlayıcı tədbirlər davam etdirilir.

26 May 2020
Cəmiyyət

Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş - RƏSMİ + FOTO

Sumqayıt şəhərində iki minik avtomobilinin toqquşması nəticəsində hərbi qulluqçular həlak olub.

26 May 2020
Cəmiyyət

Bakıda kimliyi bilinməyən şəxs mağazalara girib, borcları ödədi - VİDEO

Paytaxtda xeyirxah bir insan sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. Adını və kimliyini bildirməyən həmin şəxs bu hərəkəti Ramazan bayramı münasibətilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı “nisyə dəftər”lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.

26 May 2020
Cəmiyyət

Deputat yeni icra başçısını təriflədi: “İngiliscə heç Malta dialektində də danışa bilmir”

Milli Məclisin deputatı Aydın Mirzəzadə Ağstafaya yeni icra başçısı təyin olunan Seymur Orucovun sosial şəbəkələrdə yayılan ingilis dilindəki çıxışına münasibət bildirib.

26 May 2020
Cəmiyyət

Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı - FOTO

Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.