Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ
22 May 2020 17:40


“Azərbaycanda koronavirusa yoluxmada pik dövrün yaşanması ötən həftə baş verib”.

realpress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ötən həftə yeddi nəfər koronavirusdan ölüb:

“Son həftə ərzində - mayın 16-da 158 nəfərdə koronavirusa yoluxma halı qeydə alınmaqla, pik dövr olub.

Keçən həftə 755 nəfər koronavirusa yoluxub. Bu həftə isə 581 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib. Hələ də koronavirusa yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük”.

“Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək olar. Növbəti həftədə virusdan sağalanların sayının daha çox olacağını gözləyirik”, - deyə o qeyd edib.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.