Bakı eyvanlarında Olimpiya Günü qeyd olundu - FOTO

Bakı eyvanlarında Olimpiya Günü qeyd olundu - FOTO
22 May 2020 17:09


Bu gün Milli Olimpiya Komitəsi (MOK) və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, həmçinin olimpiya mükafatçısı Rəsul Çunayev və Azərbaycan Çerlidinq Federasiyasının yığma komandasıının üzvlərinin iştirakı ilə Olimpiya Günü qeyd olunub.

realpress.az xəbər verir ki, tədbirin əsas məqsədi karantin rejimində yaşayış yerindən ayrılmadan əhali, xüsusilə uşaq və gənclər arasında Olimpiya hərəkatını təbliğ və təşviq etmək olub. Ölkə başçısı, həmçinin MOK Prezidenti İlham Əliyevin koronavirusla mübarizədə “Biz birlikdə güclüyük” devizinə dəstək olaraq reallaşdırılan kompozisiya dünyada və Azərbaycanda bir ilkdir.

31 may tarixinədək mərhələli şəkildə yüngülləşdirilən karantin rejiminin bütün qaydalarına riayət olunan tədbir Nəsimi rayonunda binaların əhatəsində yerləşən nümunəvi bir həyətdə baş tutub.

Eyvanlara çıxan bina sakinləri Azərbaycan Çerlidinq Federasiyasının milli komandasının üzvlərinin təqdim etdiyi hərəkətləri təkrarlayıb. Daha yaxşı təkrar edən və fəallığı ilə seçilən bina sakinləri MOK-un hədiyyələri ilə mükafatlandırılib. 

Yunan-Roma güləşçisi və müvafiq idman növündə Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionatlarının qızıl mükafatçısı, I Avropa Oyunlarının çempionu, “Şöhrət” ordenli Rəsul Çunayevin çıxışı və rəqsi tədbirdə əsl çoşquya səbəb olub. Sakinlər əhəmiyyətli tarixi birgə qeyd etmək üçün eyvanlardan öz dəstəklərini əsirgəməyiblər.


19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.