Bağlanan banklarda əmanəti olanların NƏZƏRİNƏ

Bağlanan banklarda əmanəti olanların NƏZƏRİNƏ
22 May 2020 16:26


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib. 

Bildirilib ki, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.

Müraciətdə qeyd edilib ki, kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək.

22 Apr 2024
Dünya

Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib

Tayvanın şərq sahillərində 5,7 maqnitudada zəlzələ baş verib.

22 Apr 2024
Dünya

Çindən gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq

Bu il Çindən gətirilən 160 sayda elektrik mühərrikli avtobusu xəttə buraxılacaq. Azərbaycan bu tip avtobusları nəqliyyat sisteminə daxil edir

22 Apr 2024
Dünya

Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa rəsmi səfər edib.

22 Apr 2024
Dünya

Tacikistan Prezidenti İtaliya və Vatikana ilk dəfə rəsmi səfərə yola düşüb

Tacikistan prezidenti Emoməli Rəhmon İtaliya və Vatikana ilk dəfə rəsmi səfərə yola düşüb.

22 Apr 2024
Dünya

İran prezidenti Pakistana getdi

İran prezidenti İbrahim Rəisi iki günlük səfər çərçivəsində bu gün (22 aprel - red.) Pakistanın paytaxtı İslamabada gedib.