Ukraynadan Azərbaycana təşəkkür

Ukraynadan Azərbaycana təşəkkür
22 May 2020 09:35


Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini İqor Jovkva Kiyevin Borispol Beynəlxalq Hava Limanında koronavirusla (COVİD-19) mübarizə tədbirləri çərçivəsində Bakıdan göndərilən humanitar yardımı daşıyan təyyarənin qarşılanma mərasimində iştirak edib.  

realpress.az Ukrayna Prezidentinin saytına istinadən xəbər verir ki, 23 tonluq humanitar yardıma 100 min tibbi maska, beş min qoruyucu kombinzon, həmçinin təmassız termometrlər, dezinfeksiyaedici maddələr və başqa məmulatlar daxildir.  

“Ukrayna Azərbaycan Respublikasına və şəxsən Prezident İlham Əliyevə koronavirus pandemiyası ilə mübarizənin çətin dövrlərində göstərilən humanitar yardım üçün dərin minnətdarlığını bildirir”, - deyən İqor Jovkva bu addımın Kiyevlə Bakı arasındakı strateji tərəfdaşlığın möhkəmliyinin daha bir sübutu olduğunu vurğulayıb. 

Qeyd edək ki, Ümumdünya “Vışivanka” (milli ornamentli Ukrayna xalq geyimi)  Günü münasibətilə Vladimir Zelenski və Yelena Zelenskaya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ənənəvi Ukrayna “Vışivanka”sı hədiyyə ediblər. 

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.