“Fənərbağça” və “Beşiktaş” 16 yaşlı futbolçu uğrunda mübarizə aparır

“Fənərbağça” və “Beşiktaş” 16 yaşlı futbolçu uğrunda mübarizə aparır
21 May 2020 17:35


Türkiyənin iki nəhəng klubu - “Fənərbağça” və “Beşiktaş” 16 yaşlı Bilal Budakı transfer etmək üçün mübarizə aparır.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, artıq İstanbul klublarının nümayəndələri futbolçunun məxsus olduğu “Manisaspor” klubunun rəhbərliyi ilə görüşüb.

Türkiyə mətbuatı yazır ki, futbolçu cari mövsümün sonunda ona elçi düşən iki klubdan biri ilə müqaviləyə imza atacaq.

Yarımmüdafiəçi mövqeyində çıxış edən B.Budak yüksək texnikası və dəqiq ötürmələri ilə güclü klubların diqqətini özünə cəlb edib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.