İsveçdəki yarış Bakıdakı Avropa çempionatının əvəzinə lisenziya xalları verəcək

İsveçdəki yarış Bakıdakı Avropa çempionatının əvəzinə lisenziya xalları verəcək
21 May 2020 16:40


Ümumdünya Karate Federasiyası (WKF) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xalları verən yeni turnirlərin siyahısını açıqlayıb.

realpress.az xəbər verir ki, 13-15 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməli olan Premyer Liqa və martın 25-dən 29-na qədər Bakıda təşkil olunmalı Avropa çempionatı koronavirusa görə ləğv edilmişdi.

Bu səbəbdən karateçilərin həmin iki yarışdan Olimpiadaya lisenziya xalları toplaması qeyri-mümkün olmuşdu. Ona görə də, WKF 2021-ci ildə Rabatda keçiriləcək analoji turnirin (17-19 aprel) və 2021-ci ildə İsveçin Geteborq şəhərində baş tutacaq Avropa çempionatının lisenziya xalları verən yarış olmasına qərar verilib.

Həmçinin, Rabat yarışı baş tutmasa, 2021-ci ildə Avstriyanın Zalsburq şəhərində təşkil ediləcək Premyer Liqasının lisenziya xalları verəcəyi istisna edilməyib. Bundan başqa, İsveçdəki yarış baş tutmazsa, ötən il İspaniyanın Qvadalaxara şəhərində baş tutmuş Avropa çempionatının nəticələrinin lisenziya xalları üçün hesablanacağı bildirilib.

Bundan başqa, Fransanın paytaxtı Parisdə baş tutmalı olan 8-10 may, sonra 26-28 iyuna təxirə salınan, daha sonra isə bu il üçün ləğv olunan Olimpiya Təsnifat Turniri 2021-ci ilə təxirə salınıb. Onun vaxtı daha sonra müəyyənləşdiriləcək.

Qeyd edək ki, hazırkı nəticələrə əsasən, Rafael Ağayev və İrina Zaretskaya Olimpiadaya lisenziyanı reytinqlə təmin ediblər.


19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.