Prezidentin gələcək üçün sosial mesajları - ŞƏRH

Prezidentin gələcək üçün sosial mesajları - ŞƏRH
20 May 2020 12:08


Statisik məlumatlara əsasən, son 16 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3.4, əhalinin nominal gəlirləri 9.9, minimum əməkhaqqı 27.8, əmək pensiyasının minimum məbləği 10 dəfə artıb.

Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, müvafiq dövrdə iqtisadi əlaqələrin genişləndirilməsi, sosial layihələrin həyata keçirilməsi nəticəsində işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4.8 faizə enib. Bu illər ərzində 2 milyon 369 min iş yeri yaradılıb.  

Bununla yanaşı, Prezidentin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən, Azərbaycanda özünüməşğulluq proqramı həyata keçirilir.

Proqram çərçivəsində fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün  aztəminatlı ailələrə dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes-plana uyğun olaraq, istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. 

Ən son rəsmi məlumatlara əsasən, respublika üzrə 12 min insan özünüməşğulluq proqramı ilə əhatə olunub.

Rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün ölkə üzrə işsizlik səviyyəsinin minumuma endirilməsi, genişmiqyaslı sosial proqramlarla əhalinin rifah halının yaxşılaşdırılması ən ümdə vəzifədir.

Dövlət sosial prioritetlərin icrasını sürətləndirmək və şaxələndirmək üçün əlavə tədbirlər də həyata keçirir və bunlar həm də perspektivə hesablanıb.

Bu strateji xəttin reallaşmasında gənclərin də üzərinə böyük məsuliyyət düşür.

Mayın 19-da Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışı zamanı AzTV-yə müsahibəsində bildirib ki, bu gün gənclərimiz bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər.

“Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”, - deyə Prezident gənclərin idarətmədə roluna diqqət çəkib.

Ölkə başçısı deyib ki, Azərbaycanda ödənişli ictimai iş yerlərinin - 90 min iş yerinin açılması nəzərdə tutulur.

Koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda sosial proqramların heç birinin ixtisar olunması gözlənilmir. Dövlət hətta bəzi təcili olmayan layihələri arxa plana atmaqla büdcə xərclərinin əhəmiyyətli bir hissəsini sosial sahəyə yönəltmək niyyətindədir.

Prezident İlham Əliyev martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə yenidən baxmağın zərurətindən danışmışdı.

İlham Əliyev AzTV-yə müsahibəsində rəqəmlərə istinad edərək, şəhid ailələrinə, Qarabağ qazilərinə dövlətin diqqət və qayğı göstərdiyini bildirib.

Prezident deyib ki, bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib.

Bununla paralel olaraq, daha 1500 şəhid ailəsinə evlərin, mənzillərin verilməsi gözlənilir. Beləliklə, növbədə duran şəhid ailələrinin sayı iki mindən az olacaq.

“Ümid edirəm ki, maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək. Biz minik maşınları da veririk – həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə. Bu günə qədər altı mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur”, - deyə Prezident bildirib.

Koronavirus pandemiyasının dünyada yaratdığı iqtisadi, maliyyə böhranı təbii ki, Azərbaycana da təsirsiz ötüşmədi.

Amma pandemiya zamanı Azərbaycan əhalinin sağlamlığının qorunması və sosial rifah halının mənfiyə doğru dəyişməməsi üçün resurslarını əsirgəmədi, tam əksinə bütün qüvvələri səfərbər etdi.

Bu dövrdə maliyyə sabitliyi də qorunub-saxlanıldı, manatın məzənnəsində heç bir dəyişiklik baş vermədi.

Dövlət ən çətin vaxtda sosial konsepsiyanın mahiyyətini dəyişmədi.

Buradan perspektiv üçün belə bir məntiqi nəticə çıxarmaq olar ki, post-pandemiya dövründə sosial proqramların əhatə dairəsi daha da genişlənəcək.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.