AFFA-nın koronavirus testindən keçmək üçün klublara ayırdığı məbləğ bilindi - ÖZƏL

AFFA-nın koronavirus testindən keçmək üçün klublara ayırdığı məbləğ bilindi - ÖZƏL
18 May 2020 11:57


“Məbləğ bütün klubların hamısına eyni dərəcədə ayrılıb”.

Bunu realpress.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Azərbaycanın səkkiz Premyer Liqa klubuna koronavirus testi üçün ayrılan məbləğ barədə danışarkən bildirib.

AFFA ötən həftə PFL və klub rəsmiləri ilə keçirdiyi videokonfrans formatında iclasından sonra koronavirus testindən keçmək üçün maliyyə vəsaiti ayırıb. Lakin məbləğ açıqlanmayıb.

Bəs klublar üçün məbləğ eyni dərəcədə paylaşılıb? Çünki bir klubun testdən keçməsi üçün daha çox maliyyə vəsatinə, digər klubun testdən keçməsi üçün daha az maliyyə vəsaitinə ehtiyacı ola bilər.

Məsələn, “Neftçi”nin ən yaxşı halda 100 manatlıq koronavirus testindən keçəcəyini, maksimum rəqəm olaraq 100 adamın (futbolçular, məşqçilər, inzibati heyət, klub mühafizəçiləri, klub rəhbərliyi) bu testə salınacağını nəzərə alsaq, bu rəqəm 10 min manat edir. Ancaq digər klubda, məsələn, “Səbail”də daha az adamın testdən keçəcəyini nəzərə alsaq, bu rəqəm 7-8 min də edə bilər.

Lakin AFFA bu məsələdə hər hansı ayrı-seçkiliyə yol verməyib. Firuz Abdullanın sözlərinə görə, əlavə əməkdaşların testdən keçirilməsi klubların öz ixtiyarında olan məsələdir. Pul yalnız məşqçi və futbolçular üçün ayrılıb:

“AFFA-nın tövsiyəsi məşqçi və futbolçu heyətinin test edilməsi idi. Bu da bütün klublarda aşağı-yuxarı eyni saydır. Əlavə əməkdaşların testdən keçirilməsi klubların öz səlahiyyəti və hüququdur, AFFA buna müdaxilə etmir”.

AFFA rəsmisi məbləği açıqlamaqdan imtina edib:

“Təəssüf ki, məbləği açıqlaya bilmərəm”.

Lakin məbləği öz kanallarımız vasitəsilə dəqiqləşdirə bildik. Əldə etdiyimiz məlumata görə, AFFA hər bir kluba beş min manat ayırıb. Bu isə klublar üçün ümumilikdə AFFA-nın büdcəsindən 40 min manat pul ayrılması deməkdir.

Qeyd edək ki, artıq “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah”, “Səbail” klubları koronavirus testindən keçdiklərini və nəticələrin neqativ çıxdığını açıqlayıb. Bakıdan kənarda fəaliyyət göstərən “Sumqayıt” və “Qəbələ” klubları isə bu barədə heç bir məlumat yaymayıb.

 


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.