Rusiya, Çin, ABŞ və Yaxın Şərqin şeyxləri: Futbol klubları xarici kapitala niyə lazımdır?

Rusiya, Çin, ABŞ və Yaxın Şərqin şeyxləri: Futbol klubları xarici kapitala niyə lazımdır?
18 May 2020 11:52


İngiltərənin “Nyukasl” komandası tezliklə Səudiyyə Ərəbistanından olan şəxslərin əlinə keçə bilər – 340 milyon Britaniya funtu məbləğində müqavilə ilə bağlı bu ölkənin mətbuatı son aylar ərzində tez-tez yazır.

Rusiyanın matchtv.ru saytı dünyanın ən zəngin insanlarının öz kapitalını niyə futbola yönəltdiyini araşdırıb.

Ötən 10 ildə yalnız İngiltərədə deyil, ümumiyyətlə, bütün Avropada futbol klubları digər ölkələrdən, xüsusən ABŞ, Çin və Yaxın Şərq ölkələrindən olan biznesmenlərin rəhbərliyi altına keçib.

Futbol dünyasında niyə bu cür çevriliş baş verib? Xarici investorlar top-çempionatların futbol klublarından nə istəyirlər?

Nəşr bu suala cavab axtararkən Avropanın ən güclü çempionatlarından yalnız Almaniya Bundesliqasını istisna edib. Çünki burada səhmlərin “50 faiz +1 səhm” hissəsi klubun qeydiyyatdan keçmiş üzvlərinə aid olmalıdır. Təbii ki, bir sıra istisnalar da mövcuddur: Leverkuzen klubu azarkeşlərə deyil, “Bayer” konserninə, “Volfsburq” – “Volkswagen”ə, “Leypsiq” isə Avstriyanın “Reb Bull” şirkətinə məxsusdur.

İngiltərədə klubların yarıdan çoxu əcnəbilərə aiddir. Bura futbola investisiya qoymaq üçün ən əlverişli yerdir.

İngiltərə xarici kapital üçün bütün dünyada ən böyük maqnit rolunu oynayır. Digər top-liqalarda xarici pullar hesabına dörd-altı komanda fəaliyyət göstərsə də, İngiltərədə bu göstərici 65 faizə bərabərdir. Üstəlik, aşağı liqalarda analoji vəziyyət hökm sürür.

Burada mövcud olan iqtisadi iqlim, klubların gəlirləri sahibkarlara praktik biznes qərarı olaraq futbola yatırım etməyə imkan yaradır.

“Futbol klubları status əlamətidir. Komandalar eyni səviyyədə çıxış etdiyi müddətdə öz dəyərini qoruyub saxlayır və hətta onu artıra bilir. Bu, uzunmüddətli yatırımdır”, - deyə Liverpul universitetinin professoru Rori Miller bildirib.

Premyer Liqanın ilk əcnəbi klub sahibləri Məhəmməd Əl-Fayed (“Fulhem”) və Roman Abramoviç (“Çelsi”) üçün komandaların alınması yerli bazara çıxış və öz adının reklamı kimi xarakterizə oluna bilər. Lakin sonrakı dövrdə analoji addım atanlar buna biznes qərarı kimi baxmağa başladılar.

İngiltərədə klub sahibi olan əcnəbilərin bir çoxunun fərqli çempionatlarda, üstəlik fərqli idman növlərində çıxış edən başqa klubları da var: Sten Kronke “Arsenal”la yanaşı, “Denver Naqqets” (NBA), “Kolorado Evelanş” (NHL) və “Sent-Luis Rems” (NFL) kimi klubların sahibidir. Qleyzer ailəsi isə “Mançester Yunayted”lə yanaşı, “Tampa-Bey Bakkanirs”in sahibidir. Bu cür yatırımların məqsədi idman deyil, gəlir əldə etməkdir.

Bu anlamda son il ərzində futbol klublarının əldə olunması konsepsiyası dəyişib: əvvəllər onları xərcləmək, indi isə bunu qazanmaq üçün alırlar.

Bu ölkənin bazarından yerli biznesmenlər, demək olar ki, təcrid olunub. Ölkənin ən zəngin şəxsi Cim Retkliff “Çelsi”ni almaq arzusu ilə bağlı iddialara cavab olaraq, Premyer Liqa klublarının dəyərinin qiymətləndirilməsinin “axmaqcasına” aparıldığını bildirib. Onun sahib olduğu “İneos” şirkəti Premyer Liqa klubu əvəzinə Fransanın “Nitsa” və İsveçrənin “Lozanna” klublarını alıb.

İspaniyada hər kəs əcnəbi “dələduz”ları yaxşı xatırlayır

İspaniya klubları yalnız son illərdə FIFA-nın maliyyə tənzimləməsindən sonra əcnəbi investorlar üçün cəlbedici məhsula çevriliblər. Əvvəllər televiziya yayımı gəlirlərinin qeyri-bərabər bölünməsi çempionatı iki cəbhəyə ayırmışdı – “Real və “Barselona”, bir də yerdə qalanlar.

Ötən beş-yeddi il ərzində Çin şirkətləri “Espanyol”, “Qranada” və “Atletiko”nun səhmlərinin 20 faizini alıblar. Sinqapurlu maqnat Piter Lim “Valensiya”nın səhmlərinin 70 faizini 94 milyon avroya alıb, braziliyalı superulduz Ronaldo isə “Valyadolid”i almaqla klub sahibi olan ilk keçmiş futbolçulardan oldu.

Bu ölkədə əcnəbi investorlar barədə azarkeşlərin heç də xoş olmayan xatirələri var. 90-cı illərdə argentinalı biznesmenlər böyük uğurlar vəd etsələr də, “Badahos”, “Leqanes” və “Heres” kimi klubları aşağı divizionlarda boğdular.

Dmitri Piterman əvvəlcə “Rasinq”, daha sonra “Alaves”in sahibi olsa da, yalnız qalmaqallı çıxışları və məşqçi dəyişiklikləri ilə yadda qaldı. Pitermandan hindistanlı biznesmenin əlinə keçən klub yaradılmasının yüzüncü ilində üçüncü diviziona düşdü.

İtaliyalıları mənzil məsələsi korlayır. Klub almısansa, stadion da tikməlisən

Zəngin futbol ənənələri olan İtaliyada idman menecmentinin özünəməxsus xüsusiyyətləri var. Bir çox klubları lokal ailə biznesi idarə edir və onların əcnəbi investorlara ötürülməsi prosesi ləng gedir. İlk olaraq bu proses “Roma”da baş verib. Klubun səhmlərinin 67 faizi 2011-ci ildə Sensi ailəsindən İtaliya əsilli amerikalı Tomas Di Benedettoya keçib. O isə tezliklə klubu italiyalı kökləri olmayan həmvətəninə aldığı qiymətdən az qala 10 dəfədən artıq qiymətə sata bilər.

A seriyasında çıxış edən komandalar top-liqalarda ən bərbad stadionlara sahibdir. Burada, demək olar ki, hər klub sahibi azarkeşlərə yeni stadion və ya ən azı mövcud olanı yeniləmək vədi verir.

Fransada sakit şəkildə biznes aparmaq olar, lakin hələlik Qətərin imic layihəsi hər şeyi ləngidir

Fransada futbol klubu əldə etmək digər çempionatlarla müqayisədə daha ucuz başa gəlir. Hətta 2011-ci ildə Qətər şeyxlərinin aldığı PSJ cəmi 100 milyon avroya başa gəlmişdi.

PSJ də “Mançester Siti” kimi ölkənin, müvafiq olaraq, Qətər və BƏƏ-nin imicinin yaxşılaşdırılmasına xidmət edir. Burada söhbət maliyyə gəlirindən daha çox miqyasını qiymətləndirməyin olduqca çətin olduğu təbliğat maşınından gedir.

Elə Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman da “Nyukasl”ı bu səbəbdən almaq istəyir.

Hələ ki, Qətər PSJ layihəsindən əl çəkmədiyi üçün (bu barədə şayiələr gəzir - red.) digər komandalara Fransa çempionluğuna iddia etmək olduqca çətindir. Ancaq burada hər zaman rəqabət olub və şeyxlərin Parisdən gedəcəyi halda Fransa futbolunda xarici kapitalın kəskin artımını gözləmək olar.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

15 Apr 2024
İdman

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

15 Apr 2024
İdman

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurublar - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

13 Apr 2024
İdman

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb

Tailandın Phuket şəhərində keçirilmiş Dünya Kubokunda 3 gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.