“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi
16 May 2020 13:13


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən “The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.

Bu barədə realpress.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şirkət xaricdə təhsil, xüsusən vətəndaşlara Türkiyə universitetlərində təhsil almağa kömək üzrə ixtisaslaşıb.

Şirvandan olan C.Hacıyev müştəriləri aldatmaqda və pul vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bu günə qədər onun barəsində başlanmış cinayət işində iki epizod var. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.

Yeri gəlmişkən, “The Times-Azerbaijan”ın ofisi tanınmış “Study in Turkey Azerbaijan” şirkətinin yerləşdiyi binada - “Azure Park” ticarət mərkəzindədir.

“Study in Turkey Azerbaijan”ın 32 yaşlı rəhbəri və xaricdə təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev də fevralın 14-dən həbsdədir və eyni maddələr üzrə ittiham olunur. F.Hacıyevin işində 10-dan artıq epizod var. Bunlar Kanadada işə düzəlmək, həmçinin Türkiyə və Ukraynada təhsil almaqla bağlıdır.

Göstərilən hallar üzrə saxtakarlıq nəticəsində dəymiş zərərin miqdarı 300 min manatdan çoxdur.

Qeyd edək ki, C.Hacıyev və F.Hacıyev yaxın dostdur.

Hazırda istintaq tərəfindən tutulan C.Hacıyevin digər oxşar cinayətlərdə iştirakının müəyyənləşdirilməsi üçün yoxlama aparılır.

C.Hacıyev tərəfindən aldadılmanın qurbanı olan vətəndaşlar Xətai RPİ-yə müraciət edə bilərlər.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.