Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı AÇIQLAMA

Penitensiar Xidmətdən Azərbaycandakı cəzaçəkmə müəssisələrində koronavirusun yayılması ilə bağlı AÇIQLAMA
15 May 2020 09:13


Azərbaycanda 33 məhbusda yeni növ koronavirusa (COVID-19) yoluxma aşkar edilib. Bununla bağlı 13 saylı Cəzaçəkmə Müəssisəsi də daxil olmaqla, həbsxanalardakı işçilərdən və məhkumlardan testlər götürülüb.

“Məhkumlar dərhal Penitensiar Xidmətin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib, onların müalicəsi üçün tədbirlər görülür, hazırda həkimlərin nəzarətindədirlər”, - deyə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov Media.Az-a bildirib.

Onun sözlərinə görə, epidemiyanın yayılması kontekstində məhkumlarla qohumları arasında görüşlər qadağandır. Video görüşlərə gəlincə, bunlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayıb.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələblərinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, Penitensiar və tibbi xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib.

Penitensiar Xidmətin nümayəndəsi COVİD-19-un cəzaçəkmə müəssisələrində necə yayılması ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.

Bununla belə, o, həbsxanalarda pandemiyanın yayılmasının qarşısını almaq üçün dezinfeksiya və digər profilaktik tədbirlərin davam etdiyini vurğulayıb.

“Hər gün məhkumların temperaturu ölçülür. Əgər onlardan biri özünü pis hiss edirsə, narahatdırsa və ya xəstəliyin hər hansı ilkin əlamətləri varsa, o, dərhal təcrid olunur və müalicəyə göndərilir”, - deyə M.Sadıqov bildirib.

O, məhkumların adi həyatlarına davam etdiyini, yalnız görüş və  bağlama qəbulunun məhdudlaşdırıldığını vurğulayıb.

M.Sadıqov bununla belə, gəzməyə icazə verildiyini qeyd edib.

“Məhkumlara pul ötürülməsinə gəldikdə, hər bir məhkumun öz bank hesabı var, buradan müəyyən məbləğ köçürmək mümkündür. Sonradan onlar bunu hər bir müəssisədə olan köşklərdə xərcləyə bilərlər. Məsələn, zəruri ehtiyaclarını ala bilərlər”, - deyə Mehman Sadıqov sözlərini yekunlaşdırıb.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.