Fədayə Laçın Moskvada üzə çıxdı: “Üç aya yaxındır ki, ev kirayələmişəm” - VİDEO

Fədayə Laçın Moskvada üzə çıxdı: “Üç aya yaxındır ki, ev kirayələmişəm” - VİDEO
15 May 2020 09:09


“Moskvaya köçməmişəm. “Novruz” bayramı ərəfəsində buraya konsertə gəldik. Üç-dörd proqramıla çıxış etdik, amma məlum səbəblərdən digər konsertləri keçirə bilmədik. Sərhədlər bağlandığından burada qalmalı olduq”.

realpress.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqrama “Skype” vasitəsi ilə canlı efirə qoşularkən deyib.

“Hələlik Moskvaya birdəfəlik köçmək kimi fikrim yoxdur. Vətəni tərk edə bilmərəm. Osuz da Laçından ayrı düşün Bakıya gəlmişik. Bakıdan da birdəfəlik ayrı düşə bilmərəm”.

Sənətçi Moskvada mənzil kirayələyib, orada oğlu ilə birgə qaldığını söyləyib:

“Üç aya yaxındır ki, ev kirayələmişəm, oğlum Əlhəmlə birlikdə qalıram. Saçlarım da ağarıb. Bir aydan sonra 44 yaşım olacaq”.

F.Laçın oğlu Əlhəmin evlənmək istəmədiyini bildirib:

“Əlhəmin hələ ki evlənmək niyyəti yoxdur. O, ağıllı uşaqdır. Nə zaman evlənmək istəsə, o vaxt özüm onu evləndirəcəyəm. İndi 26 yaşı var, 30 yaşına kimi evləndirmək istəyirəm. O isə mənə deyir ki, “hələ başım xarab olmayıb ki, ailə həyatı qurum”.

Verilişin aparıcısı Zaur Baxşəliyevin “Konsertlərdən sən nə qədər pul qazandın ki, Moskvada qalıb, yeyib-içirsiniz və pul bitmir?” sualına müğənni belə cavab verib:

“Konsertdən qazandığım pul çoxdan bitib. Pis də qazanmadım. Amma Moskvada hər şey Bakıdan qat-qat bahadır. Xərclərimiz çoxdur. Burada dostlarım mənə yardımlar edib, əl tuturlar”.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. O, ötən ilin oktyabrın 29-da azadlığa çıxıb. Sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu.

Rəşad Əliyev

12 İyul 2020
Şou-biznes

Məşhur hind aktyoru Amitabx Baççan da koronavirusa yoluxdu - FOTO

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxub.

23 İyun 2020
Şou-biznes

“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO

“Avroviziya 2013”ün milli seçimində iştirak etdikdən sonra şöhrət qazanan müğənni Ləman Dadaşovadan xəbər var.

12 İyun 2020
Şou-biznes

Ağciyərində şiş aşkarlanan Əməkdar artist canlı efirdə ağladı: “Yıxılan insan deyiləm” - VİDEO

“Ağrılarım kürəyimə və böyrəklərimə vurub. İndi isə qarın hissəmə vurur. Kimyaterapiya hansısa bölgəyə təsir edir. Bu da məni çox incidir. Qarın hissəmdən beş dəfə əməliyyat olunmuşam. Bərk ağrılarım var. Çalışıram ki, yıxılmayım”.

10 İyun 2020
Şou-biznes

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən, “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

9 İyun 2020
Şou-biznes

“Jara” təxirə salındı - VİDEO

Yayın əsas hadisəsi “Jara-2020” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbi ilə təxirə salınıb.