Karantində Əməkdar artistin evində iftar süfrəsində iştirak edən Hacı Surxay: “Üç nəfər olmuşuq” - ÖZƏL+VİDEO

Karantində Əməkdar artistin evində iftar süfrəsində iştirak edən Hacı Surxay: “Üç nəfər olmuşuq” - ÖZƏL+VİDEO
14 May 2020 11:57


Əməkdar artist Vasif Məhərrəmli evində iftar süfrəsi verib.

realpress.az xəbər verir ki, sənətçi ilahiyyatçı Hacı Surxay Məmmədlini evinə dəvət edərək, iftar süfrəsi açıb.

Bu barədə Hacı Surxay “Instagram” hesabında canlı efir açaraq, məlumat verib.

“Hörmət etdiyim dəyərli dostum və qardaşım Vasif Məhərrəmlinin evinə ailəlikcə gəlmişik. Vasif iftar süfrəsi açıb. Hər il onun evində iftar süfrəsini Allah bizə lütf edir. Bu dəfə də əhya gecəsinə təsadüf etdi”, - deyə S.Məmmədli bildirib.

Hacı Surxayın çıxışını Əməkdar artist sosial media hesabında paylaşaraq, “Allah hər zaman səni uca etsin, əziz dostum” sözlərini qeyd edib.

İlahiyyatçı ilə müğənninin karantin rejimini pozması sosial mediada birmənalı qarşılanmayıb. Sosial media əhli ölkədə koronavirusa yoluxanların sürətlə artdığı bir vaxtda ikilinin bu addımını yolverilməz sayıb, onları tənqid ediblər.

Məsələ ilə bağlı realpress.az-ın əməkdaşı Hacı Surxay Məmmədli ilə əlaqə saxlayıb.

O, karantin dövründə V.Məhərrəmlinin evində açdığı iftar süfrəsinə qatılmasına belə aydınlıq gətirib:

“10 nəfərdən artıq insanın bir süfrə arxasında oturub, yemək yeməsi qadağandır və karantin qaydalarına ziddir. Biz isə orada üç nəfər olmuşuq. Mən, Vasif və onun xanımı. Burada karantin qaydalarını pozmaqdan söhbət gedə bilməz.

Şəxsən mən karantin rejiminin qaydalarına riayət edirəm. Qaydalara hormətlə yanaşıb, əməl edirəm”.

Təhlükəli virusun geniş şəkildə yayılmaması üçün rəsmi qurumlar vətəndaşlara müraciət edərək, lüzum olmadıqda evlərini tərk etməməyə, sosial məsafəni qorumağa, bir yerə toplaşmamağa çağırıb.

Həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayından əvvəl vətəndaşlara çağırış edərək, karantin rejimində iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına dair məlumat yayıb.


12 İyul 2020
Şou-biznes

Məşhur hind aktyoru Amitabx Baççan da koronavirusa yoluxdu - FOTO

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxub.

23 İyun 2020
Şou-biznes

“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO

“Avroviziya 2013”ün milli seçimində iştirak etdikdən sonra şöhrət qazanan müğənni Ləman Dadaşovadan xəbər var.

12 İyun 2020
Şou-biznes

Ağciyərində şiş aşkarlanan Əməkdar artist canlı efirdə ağladı: “Yıxılan insan deyiləm” - VİDEO

“Ağrılarım kürəyimə və böyrəklərimə vurub. İndi isə qarın hissəmə vurur. Kimyaterapiya hansısa bölgəyə təsir edir. Bu da məni çox incidir. Qarın hissəmdən beş dəfə əməliyyat olunmuşam. Bərk ağrılarım var. Çalışıram ki, yıxılmayım”.

10 İyun 2020
Şou-biznes

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən, “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

9 İyun 2020
Şou-biznes

“Jara” təxirə salındı - VİDEO

Yayın əsas hadisəsi “Jara-2020” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbi ilə təxirə salınıb.