Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub - RƏSMİ

Azərbaycanda bu bankın problemli krediti 88 faiz olub - RƏSMİ
13 May 2020 11:52


“Lisenziyası geri çağırılan dörd bankın sektorda payı əhəmiyyətli deyildi. Bu pay cəmi sektorun aktivlərinin 2,5 faizini təşkil edirdi. Həmin bankların maliyyə vəziyyətində ciddi problemlər var idi”.

realpress.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dörd bankın maliyyə portfelinin keyfiyyəti qeyri-qənaətbəxşdir:

“Bankların balansında olan ipoteka kreditlərini istisna etsək, bu bankların problemli kreditlərinin həcmi 73 faizdir. “Atabank” ASC-də isə bu faiz 88-ə çatırdı. Banklarda əhalinin 690 min manata yaxın əmanətləri var idi. Bunlar üçün belə bir şəraitdə portfelin 3/4-ü işlək deyilsə, təbii ki, ciddi təhdidlər yaranır”.

“Açıq demək lazımdır ki, banklar bu əmanətləri geri qaytarmaq iqtidarında deyildi. Prezident İlham Əliyev tərəfindən imzalanan əmanətlərin tam sığortalanması haqqında qanunun mövcudluğu imkan verir ki, bağlanan banklarda əhalinin qorunan əmanətləri geri qaytarılsın”, - deyə o qeyd edib.


1 İyun 2020
İqtisadiyyat

Baş bankir istehlak kreditlərindəki azalmadan danışdı

“İlin əvvəlindən verilən istehlak kreditlərində 4,6 faiz azalma müşahidə edilib. Bu, əhalinin kredit götürmə qabiliyyətinin azalması ilə əlaqəli ola bilər”.

1 İyun 2020
İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər - RƏSMİ

“Ölkədə bağlanmış dörd bankdakı 680 milyon manat sığortalı əmanətin 200 milyon manatının ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun likvidliyi var”.

1 İyun 2020
İqtisadiyyat

Ölkədə kartla əməliyyatlar iki dəfəyə qədər azalıb

Koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da ölkəmizə gələnlərin sayında azalma müşahidə olunub.

1 İyun 2020
İqtisadiyyat

Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 1 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

1 İyun 2020
İqtisadiyyat

Neftin qiyməti sabit qalıb

Dünya bazarlarında həftənin ilk alqı-satqı sessiyasında neftin qiymətləri nisbətən sabit qalıb.