DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu

DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
06 May 2020 13:09


İmişli rayonunun bir qrup sakini Rayon Polis Şöbəsinə müraciət edərək, onlara məxsus evlərdən və avtomobildən oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Samit Bəyalıyev və Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Sakit Cəfərov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər rayon ərazisindəki iki evdən və bir avtomobildən qızıl-zinət əşyaları və nağd pul oğurlamaqla vətəndaşlara ümumilikdə, 8 min manatdan çox ziyan vurublar. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işinə başlanılıb, araşdırmalar davam etdirilir.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.