Azərbaycanda daha bir həkim və arvadı koronavirusa yoluxdu - AÇIQLAMA

Azərbaycanda daha bir həkim və arvadı koronavirusa yoluxdu - AÇIQLAMA
24 Apr 2020 12:52

Koronavirusla mübarizəyə qoşulan həkimlərimiz arasında da bu virusa tutulanlar var.

Onlardan biri 3 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion şöbəsinin müdiri Namiq Nabiyevdir.

O, realpress.az-a açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

“Fevral ayından başlayaraq, Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonlarında, Bakı və Bakı ətrafı rayon xəstəxanalarının infeksion qəbulu şöbəsində aktiv çalışmışam. Təxminən 10 gün bundan əvvəl gördüm ki, halsızam, temperaturum var.

Tibb bacılarının birindən termometr istədim və temperaturum 37 dərəcədən yüksək çıxdı. Düzü, fikir vermədim. Fikirləşdim ki, yəqin, adi qrip oluram. Getdikcə ağrılarım kəskinləşir, profilaktik tədbirlər görülsə də, durmadan artırdı. Aprelin 18-də xəstəxanada analiz verdim”.

Həkim bildirib ki, özündə yaranan narahatlıqdan çıxmaq üçün ayın 20-də Referans Klinik Laboratoriya Mərkəzinə müraciət edib:

“Mənim həyat yoldaşım da 3 saylı Şəhər Klinik Xəstəxanasının Qanköçürmə şöbəsinin müdiridir. Onunla birlikdə yeni analiz verdik. Daha sonra laboratoriya mərkəzindən zəng edib bildirdilər ki, çox təəssüf ki, həyat yoldaşınızda və sizdə cavab müsbət çıxdı. 

Yoldaşımla həmişə çalışırdıq ki, uşaqlardan aralı qalaq. Demək olar ki, ailə üzvlərimizlə əlaqə saxlamırıq. Buna baxmayaraq, onlar da müayinədən keçirildi. Cavablar mənfidir. Hazırda müalicə alırıq, inşallah, tezliklə sağalarıq”.



8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.