Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
21 Apr 2020 13:44

“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”. 

realpress.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə qurumun fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proqramdan nə isə çıxarmaq və əlavə etmək mümkündür:

“Məsələn, biologiyada virusla bağlı suallar da olacaq. Hər bir imtahan elan ediləndə proqramın təsdiqlənməsini və ya mövzuların çıxarılıb-salınacağını deyəcəyik. Qiymətləndirmənin əsas prinsipi - ədalətliliyi qoruyub-saxlayacağıq”.

Sədr bildirib ki, mart ayında doqquzuncu, aprel ayında isə 11-ci siniflər üçün imtahanlar keçirilməli idi:

“İmtahanla bağlı proqramlar isə noyabr, dekabr ayında nəzərdə tutulub. Şagirdlər onlayn və televiziyada olan dərslərdə iştirak edirlər. 

Karantin dövründə 150-dən çox dərs “YouTube” kanalında yerləşdirilib. Kimsə dərsdə iştirak etməyibsə, kanalımızda dərsi tapıb yenidən baxa bilər. Dərslərin iki ay olmaması şagirdlərə psixoloji cəhətdən təsir edir, amma həmin şagirdlərin dərsi mənimsəməsi üçün şərait yaradılıb”.

İlhamə Əbülfət

21 Apr 2020
Elmi

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

17 Mar 2020
Elmi

Teledərslərin sabaha olan cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramında 18 mart üçün nəzərdə tutulan teledərslərin cədvəli açıqlanıb.