Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?

Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?
10 Apr 2020 19:22

Ev heyvanları nadir hallarda koronavirusa yoluxa bilərlər, ancaq bu virusu bədənlərində daşımaları mümkündür.

Bu barədə ali kateqoriyalı baytar həkimi Mixail Şelyakov RT-yə bildirib.

Onun sözlərinə görə, dünyada heyvanlara insanlardan koronavirusun ötürülməsi hallarına nadir rast gəlinir, bu səbəbdən onların virus daşıyıcısı kimi rolu çox şişirdilib. Ev heyvanlarının özünün koronavirusu var və bəzən onların həyatı üçün təhlükə yaradır. Həmin viruslar insanlar üçün təhlükəsizdir.

Bununla belə, ev heyvanları infeksiya ötürməsində xarici amil kimi rol oynaya bilər. Belə ki, koronavirus uzun müddət heyvanın tükündə qala bilir.

“Məsələn, siz itinizlə küçədə gəzməyə çıxmısınız, o isə koronavirusa yoluxmuş şəxsə yaxınlaşıb. Siz evə gəldikdən və övladınız onu sığallayandan sonra əlini üzünə toxundurduqda, yoluxma baş verə bilər”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, yoluxmadan qorunmaq üçün  ev heyvanlarının gigiyenasına diqqət yetirilməli, profilaktik peyvəndlər vurdurmalıdır.

Şelyakov həmçinin ev heyvanlarını öpməməyi tövsiyə edib.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.