Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edir

Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edir
09 Apr 2020 19:22

Nazirlər Kabineti hökumətin 2019-cu ildə fəaliyyətinə dair illik İcmal Hesabat hazırlayaraq jurnal formasında dərc edib.

Nazirlər Kabinetindən realpress.az-a verilən məlumata görə, 98 səhifəlik İcmal Hesabat Milli Məclis üzvlərinin, jurnalistlərin, ekspertlərin və hər bir vətəndaşın hökumətin illik fəaliyyətinə dair asanlıqla və qısa müddətdə ətraflı məlumat ala bilməsi məqsədilə hazırlanıb.

İcmal Hesabatla Nazirlər Kabinetinin saytında da tanış olmaq mümkündür.

https://cabmin.gov.az/az/article/798/

İcmal Hesabat ön söz, makroiqtisadiyyat, maliyyə-bank və fiskal sektor, sosial siyasət, sənaye, enerji sektoru, kənd təsərrüfatı və ekologiya, tikinti və mənzil-kommunal təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ticarət, sahibkarlığın inkişafı və investisiya siyasəti, regionların inkişafı, turizm, təhsil, elm və mədəniyyət, səhiyyə, müdafiə və təhlükəsizlik, ədliyyə sistemi və qanunvericilik, vətəndaşlara xidmət və sosial innovasiyalar, nəhayət beynəlxalq əlaqələr daxil olmaqla 20 bölmədən ibarətdir.

İlk dəfədir ki, Nazirlər Kabineti illik hesabatı geniş forma ilə yanaşı belə qısa icmal formasında da təqdim edir.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.