Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu

Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
09 Apr 2020 14:23

Koronavirusdan müalicə alan və sağalan donorlardan yoluxmuş insanlara qan plazması köçürülüb.

 bunu jurnalistlərə açıqlamasında Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova bildirib.

Prosedur Rusiya paytaxtındakı N.V.Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunda və 52 saylı şəhər xəstəxanasında həyata keçirilib.

“Biz digər ölkələrdəki həmkarlarımızın işlərini daim izləyirik. Çində, Almaniyada və ABŞ-da bənzər tədqiqatlar uğurla aparılır. Ümid edirik ki, yeni metod koronavirus pandemiyası ilə daha effektiv mübarizə aparmağa kömək edəcək.

Bu gün Moskvada COVID-19-dan sağalan 11 xəstə plazma donoru olub. Hazırda şəhər klinikalarında müalicə alan yeddi xəstəyə qan köçürülüb”, - deyə Rakova qeyd edib.

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.