TƏBİB sədri ölkədə koronavirusa ən çox yoluxmanın qeydə alındığı yeri açıqladı

TƏBİB sədri ölkədə koronavirusa ən çox yoluxmanın qeydə alındığı yeri açıqladı
09 Apr 2020 09:40

“Bu gün Bakı şəhəri ölkədə koronavirusa yoluxmanın ən çox qeydə alındığı yerdir. Bunu açıqlayırıq, amma yenə də məsuliyyətsiz davrananlar var”.

realpress.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, hazırda Naxçıvan da daxil olmaqla, Azərbaycanın bütün şəhər və rayonlarında koronavirusa yoluxma faktı qeydə alınıb:

“Amma rayonlar və kəndlər üzrə ayrıca statistikanın açıqlanmasına ehtiyac yoxdur. Bakı da daxil olmaqla, ən ucqar kəndə qədər virus qeydə alınıb. Hazırkı vəziyyətdə əhalinin ən böyük məsuliyyəti evdə qalmaqdır”.

O qeyd edib ki, martın 27-dən “Yeni klinika”ya koronavirusa yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlanılıb:

“Hazırda ölkə üzrə koronavirusa yoluxan aktiv xəstələrdən 37-nin vəziyyəti ağırdır. Həmin xəstələrin 20-dən çoxu “Yeni klinika”da müalicə alır”.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.