Nəriman Abbasovun Moskvadakı döyüşü təxirə salındı - RƏSMİ

Nəriman Abbasovun Moskvadakı döyüşü təxirə salındı - RƏSMİ
07 Apr 2020 16:29

Azərbaycanlı MMA idmançısı Nəriman Abbasovun “Fight Nights Global” turnirinin çempionluq kəmərini müdafiə edəcəyi döyüş təxirə salınıb.

realpress.az xəbər verir ki, bu barədə təşkilatçı promouşnın rəhbəri Kamil Hacıyev məlumat verib:

“Sonadək inandıq ki, situasiya düzələcək. Bizim idmanın fanatlarını nə iləsə sevindirmək üçün heç olmasa turniri azarkeşsiz keçirməyə də hazır idik. Ancaq hələlik hamımız görürük ki, virusun yayılma dinamikası son dərəcə mənfidir. Bizim idmançıların, təşkilatçıların, turniri təmin edən bütün xidmət əməkdaşlarının sağlamlığı ilə risk etmək haqqımız yoxdur”.

Beləliklə, aprelin 18-də Rusiyanın paytaxtı Moskvada keçirilməli olan “Fight Nights Global 98” turniri təxirə salınıb. Artıq yeni tarix də açıqlanıb. Həmin turnir sentyabrın 25-nə keçirilib.

Qeyd edək ki, daha əvvəl digər MMA döyüşçümüz Tofiq Musayevin “Rizin 22” turniri təxirə salınmışdı. Aprelin 19-da Yaponiyanın Yokohama şəhərində baş tutmalı olan görüşün iyulda keçiriləcəyi gözlənilir.


17 Apr 2024
İdman

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

15 Apr 2024
İdman

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.