Karantində olan gənc: “Vətəndə məni prezident kimi qarşıladılar”

Karantində olan gənc: “Vətəndə məni prezident kimi qarşıladılar”
07 Apr 2020 10:25

Mediada koronavirusa tutulduğum barədə məlumat gedəndən sonra sosial şəbəkələrdə “suda boğun onu” kimi şərhlər yazılmağa başlanıb.

Bunu “Sputnik”ə açıqlamasında “Diamond Princess” kruiz laynerində işləyən qırğız bəyan edib.

Onun sözlərinə görə, gəmidə səfərdən əvvəl Çində olmuş sərnişin xəstələnib. Beş gündən sonra isə artıq epidemiya başlayıb.

“Əsəblər tab gətirmirdi”, - Aybek (ad şərtidir) gəmidəki insanların vəziyyəti haqqında danışarkən bildirib. Bununla belə, o, gəmidə təşviş olmadığını vurğulayıb.

Aybek sahilə çıxanda vətənə qayıtmağa qorxduğunu deyib:

“Təyyarədə sərnişinlər əsəb və həyəcan keçirirdilər, bir qadın isə üstümə hücum çəkdi”.

O, zarafatyana ölkəsində prezident kimi qarşılandığını vurğulayıb:

“Hətta yolları bağlamışdılar. Xəstəxanada həkimlər belə məndən qorxurdu”.

Ümumilikdə, yarım ay həkim nəzarətində qalan gəncdə virus tapılmayıb.

Xatırladaq ki, “Diamond Princess” bir aya yaxın Yaponiya sahillərində karantində qalıb. Dörd minə yaxın sərnişindən 700-ü koronavirusa yoluxub, onlardan yeddisi ölüb.

19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.