Bakıda karantində saxlanılanlar etiraz etdi: TƏBİB məsələyə aydınlıq gətirdi - VİDEO

Bakıda karantində saxlanılanlar etiraz etdi: TƏBİB məsələyə aydınlıq gətirdi - VİDEO
07 Apr 2020 10:14

Atletlər kəndində karantində qalan şəxslər etiraz ediblər. 

realpress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər paylaşılıb. 

Görüntülərdə karantində qalan şəxslərin etiraz olaraq, binanın pəncərələrindən su ilə dolu qabları atması əks olunub. 

Onlar iddia edirlər ki, karantində müddətdən artıq saxlanılırlar. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən realpress.az-a verilən açıqlamada bildirilib ki, iddialar əsassızdır.

Açıqlamada heç kimin karantində prosedur müddətindən artıq saxlanılmadığı qeyd olunub:

“Həmin şəxslər əsassız yerə etiraz edirlər. Bilirsiniz ki, Nazirlər Kabineti yanında operativ qərargahın bu məsələ ilə bağlı qərarı var. Qərara əsasən, karantin müddəti 14-21 gün müəyyən edilib. 14 gün bitəndə onların evə buraxılacağına dair söz verilməyib. 

14 gün tamam olduqda və götürülən ikinci testin də cavabı neqativ çıxdıqda sənədləşdirmə proseduru başlayır. Həmin proses yekunlaşdıqdan və təsdiq edildikdən sonra karantin zonasının koordinatoru şəxsləri aidiyyəti üzrə evə buraxır.

Sadəcə, orada saxlanılan şəxslər karantin qaydalarına sona qədər riayət etmək istəmirlər”.

Qurumdan bildirilib ki, karantin qaydaları pozulmayıb, həmin şəxslərlə söhbət aparılıb və vəziyyət onlara izah olunub.

Könül Cəfərli

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.