Koronavirusun təcili müalicəsinin vacibliyi təsdiqləndi

Koronavirusun təcili müalicəsinin vacibliyi təsdiqləndi
04 Apr 2020 09:03

Çin radioloqları koronavirus infeksiyasının təcili müalicəyə ehtiyac olduğunu sübut ediblər.

Bu barədə “American Journal of Roentgenology” jurnalında araşdırma dərc olunub.

Tədqiqat Çinin Vuhu şəhərində İkinci Xalq xəstəxanasının həkimi Huoquan Huanq tərəfindən aparılıb.

Koronavirus diaqnozunun qoyulması və xəstəliyin müalicəsinin başlaması arasındakı vaxtın xəstələrin sağalma müddəti ilə əlaqəli olduğu aşkar edilib. Kompüter tomoqrafiyasından (KT) istifadə edən yoluxmuş xəstələr üzərində aparılan araşdırmalardan sonra bu nəticəyə gəlinib.

Doktor Huanq və həmkarları koronavirusa yoluxan 25 xəstəni iki qrupa bölüblər.

Birinci qrupa diaqnozla müalicənin başlaması arasındakı vaxt üç gündən az olan insanlar, ikinci qrupa bütün digər xəstələr daxil olub.

Ardıcıl KT müayinəsi sağalma prosesini müşahidə etməyə imkan verib.

Müalicəsi dərhal başlayan xəstələrin daha müsbət nəticələri olduğu və xəstəxanaya daxil olduqdan təxminən altı gün sonra sağaldıqları ortaya çıxıb. Müalicəsi gec başlayanlar isə orta hesabla 13 günə sağalıb.

Huanq müasir tibbin vaxtında müdaxiləsinin xəstəliyin riskli nəticəsini azaltdığı qənaətinə gəlib.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.