Karantindən buraxılan voleybolçumuz danışdı

Karantindən buraxılan voleybolçumuz danışdı
03 Apr 2020 17:18

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin voleybolçusu Yuliya Kərimova karantindən evə buraxılıb. 

realpress.az xəbər verir ki, İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən və Azərbaycana qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 35 yaşlı liberonun analizində hansısa yoluxma halı qeydə alınmayıb. Artıq evinə dönən voleybolçu hər şeyin qaydasında olduğunu və hansısa problemin olmadığını deyib: 

“Artıq evdəyəm. Bakıya qayıtdıqda Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürdülər və hazırki duruma uyğun olaraq karantinə alınacağımızı bildirdilər. Artıq karantində olduğum günlər sona çatdı. Hər şey qaydasında olduğuna görə məni evə buraxdılar. İsraildən Bakıya qayıtmağımda və bu çətin günlərdə məni tək qoymayan Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm.

Məlum səbəblərdən uçuşların dayandırılmasına və gələrkən karantinə alınacağıma baxmayaraq, Bakıya gəlməyi qərar verdim. Azərbaycan mənim vətənimdir. Bu gün çox şadam ki, Bakıdayam və artıq öz evimdəyəm”.

O, Azərbaycan xalqına və idmançılara da səslənib. Yuliya Kərimova hamını “Evdə qal, sağlam qal” kampaniyasına qoşulmağa dəvət edib: 

“Evdə olmağıma baxmayaraq, ölkəmizdə karantin davam edir. Bir vətəndaş kimi, mən də hökumətimizin verdiyi bütün qərarlara riayət etməyə çalışıram. Komanda yoldaşlarım başda olmaqla, hər kəsə səslənirəm: evdə qalın. Çünki bu virusa yalnız belə qalib gələ bilərik”.

Qeyd edək ki, qadın voleybolçulardan Marqarita Əzizova və Yekaterina Jidkova da karantindədir. Onlar müvafiq olaraq Polşa və Türkiyədən gəldikləri üçün saxlanılıb.


13:18

Qadın voleybolçulardan ibarət millimizin üzvü Yuliya Kərimova karantindən evə buraxılıb.

realpress.az-ın xəbərinə görə, 35 yaşlı voleybolçuda koronavirus tapılmadığından, karantində qalmasına ehtiyac olmayıb.

Xatırladaq ki, Yuliya İsrailin Hayfa şəhərindən gəldikdən sonra karantinə alınıb.

Qeyd edək ki, ukraynalı legionerimiz olan Yuliya Kərimova 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunları zamanı milli komandamızda çıxış edib. O, əvvəlcə çimərlik voleybolu üzrə millimizin üzvü olub.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.