Milli Məclis “Facebook”a gəlir

Milli Məclis “Facebook”a gəlir
03 Apr 2020 11:34

Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə islahatlara başlayıb.

Nəzərdə tutulan tədbirlər parlamentin fəaliyyətində səmərəliliyin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırma məqsədi daşıyır.

Bildirilir ki, bu məqsədlə Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var.

Spiker S.Qafarova parlamentin fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün qanunverici orqanda islahatların aparılması barədə sərəncam imzalayıb.

realpress.az-ın məlumatına görə, parlamentin fəaliyyətində bir çox yeniliklər gözlənilir – istər sosial şəbəkələrdə fəaliyyət, istərsə də mətbuat üçün əlçatanlığın daha da gücləndirilməsi.

Bu mənada Milli Məclisin sosial şəbəkələrdə hesablarının açılması gözlənilir.

Qeyd edək ki, indiyə qədər parlamentin “Facebook”da, “Twitter”də rəsmi səhifəsi olmayıb.

Bundan əvvəl, martın 16-da Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qanunverici orqanın saytının yenilənəcəyini bildirmişdi.

Onun sözlərinə görə, parlamentin hər bir komitəsinin ayrıca saytı olacaq. Həmçinin, hər bir deputatın veb-səhifəsi yaradılacaq. 

Bu veb-səhifələr vasitəsilə deputatlarla əlaqə qurulacaq, müzakirələr aparılacaq.


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.