“Evdə qal, Azərbaycan!” - ŞƏRH

“Evdə qal, Azərbaycan!” - ŞƏRH
31 Mar 2020 13:52

Martın 30-da Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər planını açıqlayıb.

Bununla da martın 31-dən etibarən xüsusi karantin rejimi daha da gücləndirilib.

Bu tədbirlər ölkədə əhalinin sağlamlığının qorunmasını, virusun yayılma coğrafiyasının minimuma endirilməsini qarşıya hədəf qoyub.

Azərbaycan dövləti xüsusilə yüksək risk qrupuna daxil olan insanların - yaşı 65-dən yuxarı olan şəxslərin sağlamlığını ön plana çəkməklə onların evdən bayıra çıxmasını qadağan edib.

Vaxtında və yerində atılan addımlar ictimai təfəkkürdə də koronavirusa qarşı yumruq kimi birləşməyə gətirib çıxarıb.

Dini, etnik, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq, hamı həmrəylik göstərir və infeksiyaya qarşı savaş açır.

Dövlət qurumları, fiziki və hüquqi şəxslər Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edirlər, bu isə COVID-19-a qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasına gətirib çıxarır.

Ən son rəsmi məlumata əsasən, Fonda 102 milyon 741 min 569 manat vəsait toplanıb. Bunun 20 milyon manatını Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait təşkil edir.

Dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, lakin əlavə tədbirlərin də görülməsinə zərurət yaranır. Təbii ki, bu istiqamətdə müvafiq konsepsiyalar hazırlanır və yaxın günlərdə əhalinin bütün parametrlər üzrə vəziyyətinin yaxşılaşdırılması üçün əlavə addımlar atılacaq.

Azərbaycan dövlətinin koronavirus əleyhinə doktrinasının tam gücü ilə işləməsi üçün vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə əməl etsələr, faydalı iş əmsalının artmasına böyük töhfə vermiş olarlar.

Azərbaycanda yaşayan hər bir şəxs anlamalıdır ki, ictimai məsuliyyət bölgüsündə öhdələrinə düşən vəzifələrə qeyd-şərtsiz riayət etməlidir.

Özünütəcrid, sosial izolyasiya tədbirləri çətin sınaq qarşısından üzüağ çıxmağa hesablanıb.

Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və bu hal məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pis məcraya yönələ bilər.

Başa düşmək lazımdır ki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub, koronavirusa yoluxma artan xətt üzrə gedir.

Ümumilikdə, ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu mənzərənin acınacaqlı vəziyyət həddinə çatmaması üçün vətəndaşlar xüsusi karantin rejiminin qaydalarının müəyyən etdiyi hallar istisna olmaqla, evdən çıxmamalıdır.

Birdəfəlik şüurumuza həkk etməliyik ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas ən yaxşı halda infeksiyaya yoluxma, ən pis halda isə ölüm deməkdir.

“Biz birlikdə güclüyük!” və “Evdə qal, Azərbaycan!” şüarları Prezident İlham Əliyevin koronavirusla mübarizə istiqamətində Azərbaycan xalqına etdiyi çağırışdır.

Hamı bu çağırışa qoşulmalı və bu şüarları təbliğ etməlidir. Yeri gəlmişkən, Prezidentin digər şüarı Azərbaycan həkimləri ilə bağlı idi – “Azərbaycan həkimlərinə eşq olsun!”

Milli Məclisin martın 30-da keçirilən iclasında deputatlar Prezidentin bu ifadəsinə qoşularaq, Azərbaycan həkimlərini alqışlayıblar.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.