Gürcüstanda COVID-19-la bağlı vəziyyətin pisləşməsindən qorxurlar - ŞƏRH

Gürcüstanda COVID-19-la bağlı vəziyyətin pisləşməsindən qorxurlar - ŞƏRH
31 Mar 2020 13:49

Martın 31-dən etibarən Gürcüstan ərazisində karantin rejimi tətbiq olundu, saat 21.00-dan səhər 06:00-a qədər komendant saatı elan edildi, ictimai nəqliyyatın işi tamamilə dayandırıldı. Tbilisi, Kutaisi, Batumi, Poti, Zuqdidi və Rustavi şəhərləri bağlandı. Belə qərara səbəb COVID-19-la bağlı “daxili infeksiya” halları idi.

Martın ortalarında Gürcüstan hökuməti sərhədlərini bağlayıb. Martın 21-də isə ölkədə fövqəladə vəziyyət elan edilib. Hər hansı səbəbdən 10-dan çox adamın toplaşması qadağandır. Kvemo Kartli bölgəsinin Bolnisi və Marneuli bələdiyyələrində karantin rejimi tətbiq edilib.

Martın 29-da Marneuliyə gedən ölkə prezidenti Salome Zurabişvili Gürcüstanın koronavirus pandemiyası ilə mübarizədə yeni, daha mürəkkəb mərhələyə qədəm qoyduğunu bildirib.

Onu da qeyd edək ki, son günlərdə Marneulidə koronavirusa yoluxma halı qeydə alınmayıb.

- Gürcüstanda vəziyyət necədir? Karantin tədbirləri martın ortalarında tətbiq edildi, indi sərtləşdirilir. Əhali tətbiq olunan qaydalara riayət edirmi?

- Bəli, əhali, əsasən, haqlı hesab etdiyim karantin tədbirlərinə riayət edir. Fakt budur ki, karantin müddəti pandemiyanın başlanmasını gecikdirməyə imkan verir. Hakimiyyətin bu imkandan düzgün istifadə etməsi çox vacibdir. Əlavə sayda xəstə çarpayısı, sətəlcəm təzahürləri olan ciddi xəstələri qəbul etmək üçün sistem hazırlamaq lazımdır. Ehtimal ki, bu tədbirlərin əsası var. Ancaq bu, pandemiyanın bizdən yan keçəcəyi ümidi ilə vaxtın uzadılmasıdırsa, yeri yoxdur. Çünki bu, ikibaşlı məsələdir. Ciddi karantin rejimi səbəbindən iqtisadiyyatımıza zərər dəyir.

- Sözlərinizdən belə çıxır ki, Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsini gözləmək olar...

- Bəli, bu, bir çox ölkələri gözləyir və Gürcüstan da istisna deyil. Hər halda, təəssüf ki, belə bir ehtimal mövcuddur.

Gürcüstanın isə ilk növbədə, maddi cəhətdən bu qədər böyük davamlılığı yoxdur, çünki bütün tədbirlər olduqca baha başa gəlir.

Fikrimcə, həm ekspress, həm də PZR (infeksiyaların həssas diaqnozu - red.) üçün COVID-19 testləri kifayət qədər alınmır. Ölkəmizdə bu günə qədər rəsmi statistikaya görə, vəziyyət bəzi qonşu ölkələrdən daha yaxşıdır. Ancaq bu, vəziyyətin sonra pis olmayacağı anlamına gəlmir.

- Bəs azərbaycanlıların kompakt yaşadığı yerlərdə - Bolnisi və Marneulidə tətbiq olunan xüsusi karantin rejiminin səbəbi nədir?

- Orada yoluxanlar aşkarlanmışdı. Zəncirin bütün halqalarının (yoluxanların) axtarışı aparılır. Xəstələrin əlaqə saxladığı hər kəsi müayinə etmək lazımdır.

- Gürcüstanda ölkəni tərk edə bilməyən əcnəbilərin sayı çoxdur? Yanvar ayında Gürcüstana səfər edən, ancaq ölkənizdə qalmaq məcburiyyətində olan ukraynalı bloqer tanıyıram.

- Yəqin ki, onların (əcnəbi vətəndaşların - red.) ölkəni tərk etmək və ya gözləmək qərarından heç nə asılı olmayıb. Sərhədlər bağlanıb, uçuşlar həyata keçirilmir. Belə hallar mənə də məlumdur.

- Gürcüstan qanunvericiliyi bunu necə tənzimləyir, çünki yaşayış icazəsi və s. məsələlər var.

- Belə məsələlər, ümumiyyətlə, qaldırılmır. Düşünürəm ki, bir şəxs Gürcüstandan kənara çıxa bilməməsi səbəbindən gecikirsə, ona qarşı heç bir şikayət olmayacaq.

- Bəs necə düşünürsünüz, koronavirusu nə vaxt məğlub etmək mümkün olacaq? Ukraynanın əməkdar həkimi, parlamentin keçmiş deputatı Olqa Boqomolets nəşrimizə verdiyi müsahibələrindən birində Çin təcrübəsinə güvənərək, karantin tədbirlərinin tətbiq edilməsindən vəziyyətin həqiqi şəkildə yaxşılaşmasına qədər hər ölkə üçün təqribən üç ay müddət göstərmişdi.

- Bunu demək çətindir. Epidemiyanın azalması üçün sərhədlərin bağlanması və karantin tədbirlərinin tətbiqi kifayət deyil. Xəstələri müəyyənləşdirmək, onları təcrid etmək lazımdır. Bu, vacib şərtdir. Bundan əlavə, əgər xəstəliklərin qarşısını almaq mümkün olmasa, təbii immunizasiya üçün amil olur, ancaq bu da vaxt istəyir. Buna görə nə qədər vaxt lazım olduğunu söyləmək çətindir. Məşhur virusoloqlar həmin suala cavab verməyəcəklər.

Tamamilə yeni növ koronavirusla rastlaşmışıq. Fərziyyələr təbii ki var - üç ay da çəkə bilər, iki il də… Ancaq biz COVID-19 ilə uğurlu mübarizə - Cənubi Koreya və Yaponiyada epidemiyanın saxlanılmasını ehtiva edən təcrübəni də görürük.

Skrininq (kütləvi müayinənin aparılması - red.) sayəsində koronavirusdan ölüm nisbətinin çox aşağı olduğu Almaniya var. Onlar test sistemindən istifadə edirlər. Bundan əlavə, Almaniya texniki potensialına görə, süni havalandırma sistemləri olan çarpayıların sayını asanlıqla artıra bilər. Bütün bunlar çox vacibdir.

23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.