Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir

Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mar 2020 11:59

“Hava-damcı yolu ilə insanların yoluxduqları xəstəliklər həyat üçün təhlükəli olur. Xüsusilə də, bu gün yeni növ koronavirus insanlarımızın, cəmiyyətimizin sağlamlığına çox böyük təhdiddir. Ona görə də, vətəndaşlarımız maksimum diqqətli olmalı, karantin rejiminin qaydalarına riayət etməli, özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlətini dərk etməlidirlər”. Bunu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bəlkə də elə insanlar ola bilər yoluxucu-infeksion xəstəliklə mübarizənin mahiyyətini səthi anlayırlar. Amma bir virus hava-damcı yolu ilə insana yoluxursa, hətta gözlərdən belə yoluxma baş verirsə, demək ki, hansı təhlükə ilə qarşı-qarşıya durduğumuzu bir daha başa düşmək lazımdır. Qırx ildir vərəm sahəsində çalışan həkim kimi bu cür virusların, xəstəliklərin nə qədər təhlükəli və təhdid olduğunu çox yaxşı anlayıram: “Proseslərin təhlili onu göstərir ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Çünki, ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub. Yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Ona görə də, hər bir insan özünü və ətrafını qorumalıdır. Hər kəs bilməlidir ki, hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Bir həkim olaraq hər bir vətəndaşımızdan xahiş edirəm ki, ehtiyac olmadığı təqdirdə evdən çıxmasın, karantin qaydalarına əməl etsinlər. Bu ümumbəşəri bəladan xilas olmağın yolu evdə qalmaqdır, qorunmaqdır”.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.