Metro stansiyalarının girişlərində istiqamətləndiricilər qoyuldu

Metro stansiyalarının girişlərində istiqamətləndiricilər qoyuldu
30 Mar 2020 17:44

“Bakı Metropoliteni” stansiyalarının girişində istiqamətləndiricilər qoyulub.

realpress.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, sərnişin axını çox olan stansiyalarda səs gücləndiriciləri ilə elanlar veriləcək.

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına əsasən, martın 29-dan “Bakı Metropoliteni”nin iş vaxtı dəyişdirilib. Metropolitenin stansiyaları səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək sərnişinlərin girişinə açıqdır.

“Bakı Metropoliteni” QSC koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri ilk günlərdən həyata keçirir və bu istiqamətdə davamlı işlər aparır. 

Hazırda “Bakı Metropoliteni”ndə tətbiq edilən hərəkət qrafiki və xüsusən qatarlararası interval mövcud sərnişin axınının tənzimlənmiş qaydada daşınması üçün bütün tələblərə, o cümlədən ara məsafənin qorunmasını təmin etməyə imkan verir.

Lakin bu məsələyə sərnişinlərin də diqqətli olmasına, ən əsası, stansiyalar girişə açılarkən daha nizamlı, daha seyrək hərəkət etməsinə ehtiyac var. Bunu nəzərə alaraq, daha bir nəzarət mexanizmi də tətbiq edilib.

“Bakı Metropoliteni” stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin, sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək. Stansiyalarda sərnişinlərə davamlı olaraq, müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.

Sərnişinlərimizi bir daha evdə qalmağa, özünütəcrid prinsiplərinə əməl etməyə, metrodan yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etməyə, istifadə edərkən ara məsafənin qorunmasına daha diqqətli olmağa çağırırıq.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.