İşğal altındakı Qarabağda “seçkilər”: Klounada Ermənistanı parçalayır - ŞƏRH

İşğal altındakı Qarabağda “seçkilər”: Klounada Ermənistanı parçalayır - ŞƏRH
30 Mar 2020 16:03

Qarabağda separatçılar sabah 14 “namizəd”in iştirak edəcəyi qondarma “prezident seçkiləri” keçirməyə hazırlaşırlar. Aydındır ki, dünyada heç bir ölkə bu anlaşılmaz səsvermənin nəticələrini tanımayacaq. Maraqlısı odur ki, Ermənistanın özündə belə bu “seçkilər”i sirk tamaşası adlandırırlar. Nə baş verir?

Erməni analitik Samvel Aslikyan “seçkilər”i millətin bir hissəsinin oynadığı marazm və “müstəqillik” absurdunun teatrı adlandırıb. Öz növbəsində, “ümumerməni” “Sasna Tsrer” Partiyasının liderlərindən biri Jirayr Sefilyan Qarabağın saxta “müstəqilliyi” barədə yazıb.

Onun fikrincə, indi mafiya və onun əcnəbi kuratorları Azərbaycanın işğal edilmiş regionunda vəziyyəti nəzarətə götürür. O, Yerevanın Qarabağ üzərindəki nəzarətinin zəifləməsindən qəzəblənib.

Bir neçə erməni siyasi partiyası və siyasi xadimi, məsələn, Demokratik Vətən Partiyası, Ermənistanın Avropa Partiyası, “Sasna Tsrer” ümumerməni hərəkatı, Ara Papyan, Arkadi Vardanyan, Armenaj Kyuregyan birgə bəyanat imzalayaraq, Qarabağdakı “seçkilər”i ləğv etməyə, Azərbaycanın işğal edilmiş rayonlarında komendant saatı tətbiq etməyə və ona Ermənistan Respublikasının Komendantlığı vasitəsilə nəzarət etməyə çağırıblar. Bununla yanaşı, ənənəyə uyğun olaraq, Rusiyanı ittiham edib, “Qazprom Armeniya”nı (“Qazprom”un törəməsidir) milliləşdirməyə çağırış ediblər.

Rusiya isə, öz növbəsində, erməni separatçılarının nümayəndələrindən biri, eyni zamanda, qondarma qurumun “lider”i adına ən real namizədlərdən sayılan Masis Mailyana beş il müddətinə Rusiya Federasiyasına girişi bu əsasla qadağan edib: “Milli təhlükəsizliyə təhdid təşkil edir”.

Masis Mailyan erməni pasportuna sahibdir. Ancaq ən maraqlısı diplomatik sənədin olmasıdır. Daha doğrusu, Masis Mailyan erməni diplomat hesab olunur. Mailyanın özü bu informasiyanı təkzib etsə də, sonradan elə Ermənistan mətbuatında fakt öz təsdiqini tapdı. O, həqiqətən də Rusiyanın “qara siyahı”sındadır.

Bundan əlavə, erməni politoloq Vigen Akopyanın Yerevanın “Verelq” saytına müsahibəsində dediyi kimi, Masis Mailyan və Araik Arutyunyan (həmçinin separatçı rejimin “rəhbərliyinin” nümayəndəsidir) – Ermənistanın Baş naziri Nikol Paşinyanın əlaltılarıdır.

Rusiyanın “qara siyahı”sına salınmış Masis Mailyanın “qələbə” şansı daha çoxdur.

Yeri gəlmişkən, üçüncü real “namizəd” Vitali Balasanyandır. Hesab edilir ki, Nikol Paşinyan onu heç bir halda dəstəkləməyəcək və separatçı qurumun lideri kimi qəbul etməyəcək. Yerdə qalan 11 “namizəd”i isə, ümumiyyətlə, heç kim hesaba almır.

Erməni separatçıları Nikol Paşinyanın Ermənistan vətəndaşlarına koronavirusa görə, Azərbaycanın işğal edilmiş ərazilərinə getməyi qadağan etməsinə, ölkədə Konstitusiya Məhkəməsinin bir neçə hakiminin vəzifədən məhrum edilməsi ilə bağlı referendumu təxirə salmasına, lakin bununla yanaşı, Qarabağdakı “seçki”lərin keçirilməsinə təkid etməsinə qəzəblənirlər.

Yəni, “ölün, amma səs verin. Paşinyan belə istəyir”. Aydındır ki, Ermənistanda işğal edilmiş Qarabağın epidemiya ocağına, Yerevan və Ermənistanın digər regionları üçün (bu barədə “Sasna Tsrer”in son bəyanatında birbaşa bəhs olunur) təhlükəyə çevrilməsindən ehtiyat edirlər.

Yeri gəlmişkən, ermənilərin sosial şəbəkələrdə paylaşımlarından artıq məlum olur ki, Ermənistan Silahlı Qüvvələrinin əsgərləri də koronavirusa yoluxublar. Lakin Ermənistanın Baş naziri onları işğal olunmuş ərazilərdən geri çəkmək istəmir.

Yerevandakı Qədim Əlyazmalar İnstitutunun elmi əməkdaşı Qayana Ayvazyan “Facebook”da işğal olunmuş Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bölüşüb: “Hətta Rusiyada da referendum təxirə salınıb, ancaq Qarabağda “seçkilər” yox. Virus tanınan dövlətlərə nüfuz edir, tanınmamışlarda isə siz sivil çaxnaşma yarada və cəzasız qala bilərsiniz”.

“Ümumiyyətlə, Qarabağdakı seçkilər nə deməkdir? Bu seçkilərin qanuni əsasları nədir ki, bu qədər təxirəsalınmazdırlar? Qarabağda bu gün ürəkləri istəyəni edirlər və Ermənistan hakimiyyəti epidemioloji vəziyyət kontekstində seçkilərin qarşısını almaq iqtidarında deyil, beynəlxalq strukturlar isə “seçki”ləri sadəcə tanımır və qarışmır”, - deyə Q.Ayvazyan yazıb.

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.