Özünütəcrid zamanı nələri etmək olmaz?

Özünütəcrid zamanı nələri etmək olmaz?
30 Mar 2020 15:19

Özünütəcrid zamanı evdə oturmaq deyil, daha çox gəzmək, ayaq üstə dayanmaq, gün ərzində aktiv fasilələr etmək və sağlam qidalanma ilə bağlı sadə qaydalara riayət etmək lazımdır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Salaqay özünün “Telegram” kanalında bəyan edib.

“Yeriyin! Bəli, söhbətin evdən getməsinə baxmayaraq, məhz yeriyin. Hətta cüzi hərəkət fiziki aktivlik sayılır. Məsələn, telefonla danışa-danışa mənzildə gəzişmək olar”.

Bundan başqa, o, hətta onlayn oyun oynayan zaman, yaxud kitab oxuyarkən ayaq üstə dayanmağı tövsiyə edib.

“İnternetdə fiziki aktivlik barədə onlayn kurslara baxmaq və gün ərzində müəyyən məşqlər etmək olar. Düzgün bəslənməni də unutmaq olmaz – daha çox meyvə və tərəvəz, bol maye qəbul edilməli, şirniyyatdan çəkinmək, duz, şəkər və yağ istifadəsini azaltmaq lazımdır”, - nazir bildirib.

“Dincəlməyə və diqqətinizi cəmləməyə çalışın. Dərin nəfəs və bunun kimi sadə texniki hərəkətlər rahatlanmağa, evdə qaldığınız müddətdə faydalı və intellektual işlərlə məşğul olmaq üçün köklənmənizə imkan verəcək”, - Oleq Salaqay sözlərini yekunlaşdırıb.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.